31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirildi - (+FOTOLAR)

31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirildi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, bu gün, aprelin 3-də Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Azərbaycan Respublikası FHN-inin Dövlət Yanğından Mühafizə Xidməti Yasamal rayonu Dövlət Yanğından Mühafizə Hissəsində 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir təşkil etdi.

Tədbiri giriş sözü ilə MKS-inin direktoru Lətifə Məmmədova açaraq, keçən əsrin ikinci onilliyində ermənilərin Bakıda, Qubada, Şamaxıda, Qarabağda, Naxçıvanda, azərbaycanlılara qarşı törətdikləri qətliam haqqında geniş məlumat verdi, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soqrırımı Gününün elan edilməsini vurğuladı.

Sonra FHN-ininDövlət Yanğından Mühafizə Xidmətinin növbə rəisləri Səyavuş Quliyev və Məmməd Orucov çıxış edərək 31 mart soyqırımı haqqında məlumat verdilər.

M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının təşkil etdiyi stend və kitab sərgisi nümayiş olundu.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !