Xırdalanda Aprel döyüşlərinin ildönümü qeyd olundu - (+FOTOLAR)

Xırdalanda Aprel döyüşlərinin ildönümü qeyd olundu (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Aprel döyüşlərinin üçünçü ildönümü ilə əlaqədar “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin və Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Aprel zəfəri - 2016” adlı tədbir keçirilib.

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə baş tutan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ədalət Camalova Aprel döyüşlərində Azərbaycan Milli Ordusunun qazandığı zəfərdən danışıb. Bildirib ki, ordumuz bu döyüşlərdə tarixi ərazilərimizin işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə qadir olduğunu sübut edib.

Ə. Camalova qeyd edib ki, aprel döyüşləri həm də onu göstərdi ki, Azərbaycanın güclü ordusu var: "Aprel döyüşləri həm ermənilərə, həm də beynəlxalq aləmə göstərdi ki, Azərbaycan gəncləri hər zaman Qarabağ uğrunda döyüşə hazırdır. Ali Baş Komandanın rəhbərliyi ilə işğalda olan torpaqlarımızı tezliklə azad edəcəyik".

Tədbirdə digər çıxış edənlər söyləyiblər ki, qazanılan qələbə sayəsində “Böyük qayıdış” prosesi başlayıb. Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əhalisi öz doğma ocağına qayıdıb.

Tədbirdə şagirdlərin hazırladığı “Şəhidlər ölməz, vətən bölünməz” ədəbi-bədi kompozisiyası nümayiş olunub.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !