Xətai rayonunda aprel döyüşlərinə həsr olunmuş Yaddaş adlı tarix bilik yarışı keçirilmişdir - (+FOTOLAR)

Xətai rayonunda aprel döyüşlərinə həsr olunmuş “Yaddaş” adlı tarix bilik yarışı keçirilmişdir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 03 aprel 2019-cu il tarixində Xətai Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Xətai Rayon Təşkilatı və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Xətai Rayon Təşkilatının inzibati binasında rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında aprel döyüşlərinə həsr olunmuş “Yaddaş” adlı bilik yarışı keçirilmişdir.
Yarışın açılış mərasimində Xətai rayon Gənclər və İdman İdarəsinin rəis müavini Zemfira Əmirbəyova, Yeni Azərbaycan Partiyasının Xətai Rayon Təşkilatının təlimatçısı Əsmət Teymurova, rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov və aparıcı məsləhətçisi (gənclər sahəsi üzrə) Mamed Rzayev iştirak etmişlər.

Xətai rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov ilk öncə iştirakçıları yarışın qaydaları ilə tanış etmişdir.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Xətai Rayon Təşkilatının təlimatçısı Əsmət Teymurova qeyd etdi ki, aprel döyüşləri Azərbaycan xalqının və ordusunun tarixi ərazilərimizin işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi. O, tarixi hadisənin əhəmiyyətini və gələcək nəsillər üçün örnək hadisə olduğunu xüsusi olaraq vurğuladı.

Daha sonra məktəblilərə yarış üçün xüsusi hazırlanmış test kitabçaları paylanılmışdır. Yarışa saat 10:00-da start verilmişdir. Yarış 45 dəqiqə davam etmişdir.

Yekun nəticələrə görə 17 № li tam orta məktəbin şagirdi Quliyeva Dilarə Mirzəhəsən qızı I yeri, 63 № li tam orta məktəbin şagirdi Əliyev Murad Elçin oğlu II yeri, 64 № li tam orta məktəbin şagirdi Əliyeva Pəri Teymur qızı III yeri tutmuşdur.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !