Adamlar və Siçanlar yenidən nümayiş olunacaq - (+FOTOLAR)

“Adamlar və Siçanlar” yenidən nümayiş olunacaq (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA Teatrı aprelin 29-da yenidən tamaşaçılarla görüşəcək. Bu barədə məlumatı teatrın baş meneceri Nicat Qulam verib.

Onun sözlərinə görə, ƏSA Teatrının repertuarından tamaşaçılara yaxşı tanış olan “Adamlar və Siçanlar” tamaşası yeni interpretasiyada təqdim olunacaq: “ƏSA Teatrı aprelin 29-da “Adamlar və Siçanlar” tamaşasını yeni versiyada təqdim edəcək. “Adamlar və Siçanlar. Fermadan qaçış” adlanan yeni versiyada tamaşaçılar üçün sürpriz sonluq hazırlanır. Belə ki, Con Steynbekin müəllifi olduğu əsər quruluş dəyişikliyi ilə daha maraqlı və gözlənilməz sonluqla bitəcək.”

Qeyd edək ki, məşhur amerikalı Nobel Mükafatlı yazıçı Con Steynbekin “Adamlar və siçanlar haqqında” əsərinin motivləri əsasında hazırlanan “Adamlar və Siçanlar” tamaşası Bakı ilə yanaşı Naxçıvanda da anşlaqla nümayiş olunub. Bu dəfə isə tamaşaçıların çoxsaylı xahişlərini nəzərə alan teatr populyar tamaşaya yeni əlavələr etməklə təqdim edəcək.

Tamşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş meneceri Nicat Qulam, multi-media meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailovdur. RollarıElşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz İlyasoğlu, İmran Lalayev, Fərid Əliyev, Günay Məmmədova, Əlisahib Məmmədli ifa edəcək.

Tamaşa 29 aprel, axşam saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacaq. Biletlər şəhərimizin bütün kassalarında, ASAN Xidmət Mərkəzlərində və iTicket.az onlayn bilet satış adresində satılacaq.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !