Elşən İsmayılın rejissorluq etdiyi filmlər şagirdlərə təqdim edilib - (+FOTOLAR)

Elşən İsmayılın rejissorluq etdiyi filmlər şagirdlərə təqdim edilib (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

Ötən günlərdə maraqlı bir xəbər aldıq. Fəaliyyətilə daim vətənin, millətin, dövlətin keşiyində olan vətənpərvər müəllim İbrahim Həssas qardaşımız dərs dediyi məktəbdə vətənpərvər gənclərin hazırladığı, Elşən İsmayılın rejissorluq etdiyi "TARİX DƏRSİ", "MÜBARİZLƏR" və "TUĞ" filmlərini şagirdlərinə təqdim edib.

 

Filmin seyri zamanı İbrahim müəllim öz şagirdlərinə bu işlər haqqında açıqlama verərək deyib:

 

- Sevimli şagirdlərim, biz bu gün şəhərimizin sakini, fəxrimiz, yazar və rejissor kimi tanıdığımız Elşən İsmayılın rəhbərliyi altında istedadlı gənclərimizin ərsəyə gətirdikləri, mövzusu keçmişimiz, soykökümüz, kimliyimiz, türkçülüyümüz ruhunda olan "TARİX DƏRSİ," "MÜBARİZLƏR" və "TUĞ" adlı filmləri izləyəcəyik. Əvvəlcədən deyim ki, bu flmlərdə hansısa bir nöqsan gözə çarpa bilər. Ancaq bizə bundan da maraqlı və vacib olan bu filmlərin mövzusu, onların gənc həvəskarlar tərəfindən məharətlə oynanılması və özümüzün özümüz tərəfindən dəyərləndirilməsidir. İnanıram ki, filmlər xoşunuza gələcək. Gələcəkdə hər biriniz Elşən İsmayıla dəstək olmağa çalışacaqsınız...

 

Biz də sayt rəhbərliyi adından vətənimizin gələcəyi olan gənclərimizin milli ruhda yetişdirilməsi işində hər zaman dövlətimizə dəstək olan və öz milli vəzifəsini layiqincə yerinə yetirən İbrahim müəllimə yaradıcı heyət adından dərin təşəkkürümüzü bildirir, ona və şagirdlərinə uğurlar arzulayıram! Tanrı Azərbaycanımızı qorusun!

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !