“Aprel döyüşləri tariximizin qəhrəmanlıq səhifəsidir"... - ”+FOTOLAR (Azpress.AZ-Ağaddin Babayev, Lənkəran)

“Aprel döyüşləri tariximizin qəhrəmanlıq səhifəsidir"... ”+FOTOLAR (Azpress.AZ-Ağaddin Babayev, Lənkəran)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə “Aprel döyüşləri tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Lənkəran şəhər Xarici Dillər Təmayüllü (XDT) Gimnaziyada reallaşan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mənsur Ağayev çıxışında Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, mənəvi-əxlaqi və vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edib.
Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə çıxışında ölkə gənclərinin Vətən, torpaq sevgisinin, müstəqillik ruhunun yüksək olduğunu bildirib. C.Axundzadə məktəblərdə keçirilən bu səpkili maarifləndirici tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşmasında, vətəndaşlıq tərbiyəsində mühüm rolunu vurğulayıb.
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında Aprel döyüşlərinin dövlətimizin, ordumuzun gücünü göstərən şanlı tarixi qələbə olduğunu, bu qələbənin Azərbaycan ordusunun düşmən üzərində qazanılacaq böyük zəfərinin başlanğıcı kimi əhəmiyyətini diqqətə çatdırıb.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında Azərbaycan gəncliyinin yüksək hərbi-vətənpərvərlik ruhu və mənəvi-psixoloji hazırlıq səviyyəsinə malik olduğunu qeyd edib. Natiq 2016-cı il aprel döyüşlərində düşmən üzərində qazanılan tarixi nailiyyətin Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsini təşkil etdiyini vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )