AzTU-da Aprel döyüşlərinin ildönümü qeyd olunub - (+FOTOLAR)

AzTU-da Aprel döyüşlərinin ildönümü qeyd olunub (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, aprelin 4-də Azərbaycan Texniki Universiteti (AzTU) və “Zəfər”:Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə AzTU Şəhidlərinin xatirəsini əbədiləşdirməküçün ucaldılan abidə-kompleksin önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi və Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yadd edilməsi ilə başlayan tədbirdə 2016-cı ilin 2-5 aprel tarixlərində cəbhədə baş verən və ordumuzun düşmən üzərində açıq qələbəsi ilə nəticələnən “APREL ZƏFƏRİ”ndən danışılıb.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov çıxış edərək bildirib ki, müstəqilliyimizin qazanılması uğrunda ilk günlərdən etibarən universitetin tələbələri, məzunları ictimai və hərbi mübarizəyə qoşulublar. Rektor əvəzi bildirib ki, Aprel döyüşlərində AzTU-nun 4 məzunu - Müşfiq Orucov, Əbdülməcid Axundov, Mahir Quliyev və Elvinin MirzəyevŞəhid olublar. Professor Xalıq Yahudov qeyd edib ki, bu döyüşlərdə Şəhid olanların xatirəsi xalqımız, o cümlədənuniversitetin əməkdaşları və tələbələri tərəfindən daima əziz tutulacaq, onların qəhrəmanlıqları gələcək nəsilə nümunə kimi təbliğ olunacaq.

Millət vəkili Qənirə Paşayeva və Şəhid polkovnik-leytnant Raquf Orucovun həyat yoldaşı, Zəfər”:Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxışlarında Aprel döyüşlərində, ümumiyyətlə Azərbaycanın Dağlıq Qarabağ uğrunda apardığı haqlı mübarizədən danışıblar.

Şəhid valideynləri və qazilərisə gənclərə səslənərək onları Vətənin müdafiəsində ayıq-sayıq olmağa çağırıblar.

Tədbirdə Aprel döyüşlərindəŞəhid olanların fotolarının əks olunduğuvideorolikvə “Murov qartalı” kimi tanınan əfsanəvi kəşviyyatçı, Şəhid polkovnik-leytnant Raquf Orucova həsr olunmuş film nümayiş olunub.
Qeyd edək ki, tədbirdə Şəhidlərin valideyinləri, millət vəkilləri, ictimai xadimlər, universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O   
çəkilişlərini aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L       E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
* * *
 
 
 
 
 
 
 
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!