Botanika İnstitutunun magistrantı Magistr-2019 müsabiqəsinin qalibi olub -

Botanika İnstitutunun magistrantı “Magistr-2019” müsabiqəsinin qalibi olub

 AZpress.AZ xəbər verir ki, Elm Günü çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında təhsil alan magistrantları arasında “Magistr-2019” müsabiqəsi keçirilib. Müsabiqəyə təqdim olunan 35 magistrantın işləri AMEA prezidentinin sərəncamı ilə yaradılan Ekspert Komissiyası tərəfindən qiymətləndirilib.

Qiymətləndirmə bir sıra meyarlar, o cümlədən tələbələrin DİM tərəfindən keçirilən magistraturaya qəbul imtahanında topladıqları balları, onların imtahan sessiyalarında qazandıqları ümumi orta müvəffəqiyyət göstəricilərini, yerli və xarici jurnallarda nəşr olunan elmi məqalələrini, təcrübə keçmədə iştiraklarını, elmi tədqiqat layihələrində, konfrans və s. tədbirlərdə iştiraklarını nəzərə alınaraq aparılıb.

Botanika İnstitutunun II kurs magistrantı Lalə İsgəndərova “Magistr-2019” müsabiqəsinin nəticələrinə görə I yerə layiq görülüb. Sərəncama əsasən, I yerin qalibinə pul mükafatı və diplom təqdim ediləcək. Qeyd edək ki, Lalə İsgəndərova cari ilin yanvar ayında Berlin Freie Universitetində (Almaniya) Bitkilərin Molekulyar Filogenetikası üzrə təşkil olunan ixtisas kursunda iştirak etmişdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !