KƏLBƏCƏRİN İŞĞALININ 26-CI İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ANIM TƏDBİRİ KEÇİRİLİB - (+FOTOLAR)

KƏLBƏCƏRİN İŞĞALININ 26-CI İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ANIM TƏDBİRİ KEÇİRİLİB (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, ​"Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin nəzdində fəaliyyət göstərən “Dədə Şəmşir Muzeyi”ndə Kəlbəcər rayonunun işğalının 26-cı ildönümü münasibətilə anım tədbiri keçirilib.

Anım mərasimində kəlbəcərli ziyalılar, tələbə-gənclər və Kəlbəcər rayon məktəblərinin şagirdləri iştirak ediblər. Mərasimə toplaşanlar öncə torpaqlarımız uğrunda şəhid olan soydaşlarımızın xatirəsini sükutla yad ediblər.

Anım mərasimini açan “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov bildirib ki, uzun müddət mühasirə şəraitində yaşayan və düşmənə müqavimət göstərən Kəlbəcər rayonu təəssüflər olsun ki, 1993-cü ilin aprel ayının 2-də işğalıçı Ermənistan ordusu tərəfindən işğal edildi. Natiq bildirdi ki, işğal nəticəsində 500-dən artıq kəlbəcərli şəhid oldu, 300-dən artıq soydaşımız girov götürüldü, yüzlərlə Kəlbəcər sakini isə hadisələr zamanı yaralandı, şikəst oldu.

O, qeyd etdi ki, strateji əhəmiyyət malik olan Kəlbəcərin işğalının əsas səbəblərindən biri də həmin dövrdə ölkəmizdə olan ictimai-siyasi vəziyyət, ölkəyə qeyri-peşəkarların rəhbərlik etməsi idi. Natiq xüsusi vurğuladı ki, əgər həmin dövrdə ulu öndər Heydər Əliyev siyasi hakimiyyətdə olsaydı belə bir hadisə də baş verməyəcəkdi.

Kəlbəcərin işğalından ötən müddətdə yurddaşlarımızın məskunlaşmalarında, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət tədbirlərinin əhəmiyyətindən bəhs edən Həbib Misirov bildirdi ki, kəlbəcərlilər hər zaman ölkə Prezidenti İlham Əliyevin siyasətinə sadiq olublar və bundan sonra da həmişə belə olacaqdır.

Daha sonra Kəlbəcər ictimaiyyətinin nümayəndələri, ziyalılar, o cümlədən professor Şahlar Əsgərov, şair Adil Cəmil, Diasporla İş üzrə Dövlət Komitəsində “Təbliğat, informasiya və analitik təhlil” şöbəsinin müdiri Aqil Asadov, şair Yusif Hüseyin, şair Adil Hamid, Texnika Elimlar namizadi Casarat Camalov və başqaları çıxış etdilər. Natiqlər bildirdilər ki, ölkə Prezidentinin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli bir dövlətə çevrilmişdir və bütün bunlar onu deməyə əsas verir ki, xalqımız öz torpaqlarını hansı yolla olur olsun işğaldan azad edəcəkdir. 2016-cı ilin aprel döyüşlərinin xalqımızda böyük ruh yüksəkliyi formalaşdırdığını qeyd edən natiqlər xüsusi vurğuladılar ki, əgər sülh danışıqları nəticə verməsə, hər bir kəlbəcərli Ali Baş Komandanın əmri ilə qələbə döyüşünə hazırdırlar.

 

Salam xahiş ediram. Bu xabari işıqlandırasınız. Önçadan öz taşakkürümüzü bildiririk.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !