Ağcabədidə şəhid Dilsuz Qarayevin xatirəsi anılıb - + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Ağcabədidə şəhid Dilsuz Qarayevin xatirəsi anılıb + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

https://www.facebook.com/groups/232461030668048/ 

 

Ağcabədi rayonu ərazisində şanlı aprel döyüşlərinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Daha bir tədbir aprel ayının 4-də 2016-cı ilin aprel döyüşlərində erməni təcavüzkarlarına qarşı döyüşdə qəhrəmancasına həlak olmuş Hindarx qəsəbə sakini Dilsuz Qarayevin xatirəsini yad etmək üçün Ağcabədi rayon İcra Hakimiyyətinin, YAP Ağcabədi rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin, QMƏVŞAİB Ağcabədi rayon şöbəsi veteranlarının, “N” saylı hərbi hissənin bir qrup şəxsi heyətinin və Hindarx qəsəbə sakinlərinin iştirakı ilə şəhid Dilsuz Qarayevin məzarı önündə keçirilmişdir.
Mərasim şəhidin ruhuna dua oxunması ilə başlanmışdır.
Azpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, tədbiri YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov açaraq 2016-ci ilin aprel döyüşlərinin böyük siyasi əhəmiyyətə malik olduğunu vurğulamışdır. O aprel döyüşləri Ermənistan ordusunun məğlubedilməsizliyi barədə fikri alt-üst etdiyini, Azərbaycan Dövləti və Xalqının torpaq itkisi ilə barışmayacağını və ərazi bütövlüyünü bərpa edəcəyini, Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş problem olmadığını və Ali Baş Komandan İlham Əliyevin həm siyasi müstəvidə, həm də güclü ordu quruculuğu istiqamətində gördüyü mühüm işlər sayəsində itirilmiş torpaqlarımızın qaytarılmasına qadir olduğunu, həmin döyüşlərdə düşmənin bizdən dəfələrlə artıq hərbi texnika və canlı qüvvə itirdiyini, cəmi 18 dəqiqəyə düşmən istehkamlarının darmadağın edildiyini, əsgər və zabitlərimiz əsl qəhrəmanlıq göstərərək işğalda olan əraziləri və strateji yüksəklikləri əldə etdiyini qeyd etdi. Həmin döyüşlərdə həmyerlimiz, Hindarx qəsəbə sakini Dilsuz Qarayev qəhrəmancasına şəhid oldu. Düz 3 il əvvəl, aprelin 4-də Ağcabədi rayonunun 10 mindən çox sakininin iştirakı ilə biz qəhrəman Dilsuz Qarayevi son mənzilə yola saldıq. Biz Dilsuzu cismən itirsək də, o bizim qəlbimizdə bir şəhid, bir qəhrəman kimi daim yaşayacaqdır.
Mərasimdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Qasımov, QMƏVŞAİB Ağcabədi rayon şöbəsinin sədri İsmayıl Məhərrəmov, “N” saylı hərbi hissənin tabor komandirinin müavini Zaur Əliyev, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin rəisi Ruslan İsmayılov, “N” saylı hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini Eldəniz Daşdəmirov şəhid Dilsuz Qarayevin ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsimnə yüksəldiyini və onun əziz xatirəsinin heç vaxt unutmayacağı barədə öz fikirlərini bölüşdülər.
Şəhid Dilsuz Qarayevin anası Cəvahir Hacıyeva çıxış edərək vətən uğrunda şəhid olmuş oğlu Dilsuz Qarayevi unutmadıqları və onun xatirəsini daim əziz tutduqları üçün öz minnətdarlığını bildirdi.
Mərasimdə Dilsuz Qarayevin vaxtilə təhsil aldığı Qaraş Əliyev adına Hindarx qəsəbə 3 saylı ümumi orta məktəbin və Xanoğlan Həsənov adına Hindarx qəsəbə 2 saylı ümumi orta məktəbin şağırdlərinin ifasında şəhidlər və vətən haqqında şeirlər ifa edildi.
Tədbir iştirakçıları həmçinin Hindarx qəsəbəsinin şəhidlər xiuyabanına gələrək torpaqlarımızın azadlığı uğrunda mübarizədə şəhid olmuş Hindarx şəhidlərinin abidələrini ziyarət edərək, abidə önünə tər çiçək dəstələri düzdülər.


Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !