MƏNİ ÖZÜMDƏN SORUŞ - - Sona Vəliyeva

MƏNİ ÖZÜMDƏN SORUŞ - Sona Vəliyeva

https://www.facebook.com/groups/604248139738662/ 

 

MƏNİ ÖZÜMDƏN SORUŞ


(sinif yoldaşım Sevdaya)


Məni kimsələrdən sorma,
Məni gəl özümdən soruş.
İki sözüm dost-sirdaşım,
Görməsin sözümdən soruş.


Elə sən görən adamam,
Amma min il yaşamışam.
Boşalan torpaq yükünü
Ürəyimdə daşıyıram.


Can da ki əmanətdi, borcdu,
Tanrım nə vaxt istəyəcək
Ömür almasız nağılmış
Sonda ayrılıq düşəcək.


İş-gücümü soruşursan,
Ürəkdən söz qazıyıram
Tanrı əllərimdən tutub,
Öz yazımı yazıram.


Həyat yeni hesab dərsi,
Cəm dəyişdi baxa-baxa,
Unutqanlığa acıyım,
Əsir gedən torpağa?


Tənha yolar yolçusuyam,
Heç nəyim yox, hər şey var.
Özüm öz halımı soraram,
Uzaq olar doğmalar.


Ömrün, günün sapandından,
Yaxşı ki, qoşa düşdük,
Xatirələr ortaq qazanc,
Görüşmüşkən tən bölüşdük.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )