Osman Gündüz məmurlarımızın İT layihələri ilə bağlı israfçılıqlarından yazdı... -

Osman Gündüz məmurlarımızın İT layihələri ilə bağlı israfçılıqlarından yazdı...

https://www.facebook.com/groups/984665661568872/ 

 

Bəzi Nazirliklərdə və digər mərkəzi icra orqanlarında yeni ənənə formalaşmaqdadır.
Qurumun rəhbəri dəyişiləndən bir müddət sonra bütün İT həllər, informasiya sistemləri tamamilə və ya qismən yenidən hazırlanır.
Və yendiən eyni məqsədlə dövlət büdcəsindən vəsaitlər ayrılır.
Əlbətə, yeni təyin olunan Nazirlər çalışırlar ki, nəsə etsinlər, yeni işlər ortaya qoysunlar, etimadı doğrultsunlar.
Amma məlum olur ki, təhvil aldığı qurumda milyonlarla vəsait ayrılan İT həllər, İT layihələr, texniki-texnoloji infrastruktur yerində deyil. Bəzən isə məqsədyönlü olaraq belə təşəbbüslər müşahidə olunur.
Yeni təyin olunanlar köhnəni “baltalamamaq” üçün hər şeyi sıfırdan başlayırlar. Bu nə dərəcədə doğrudur ?
Bəs kim köhnələrdən hesabat tələb etməlidir ? Axı milyonlarla dövlət vəsaiti xərclənən, lakin iflas olan İT layihələrin də bir sorğu –sulaı olmalı deyilmi ?
Məsələn, Azərenerji SCADA-nı yenidən quracağını bildirilib.
BNA belə görünür ki, NİİM-i yenidən quracaq. NİİM-lə bağlı vəziyyət ümumiyyətlə bərbaddır. 130 milyon manatlıq layihədən əsər-əlamət yoxdur. Düşünrəm ki bunun bir auditi olmalıdır, məsuliyyət daşıyanlar açıqlanmalıdır, rəsmi açıqlamalar verilməlidir ki ortada nə qalıb və gözləntilər nədir.
Kənd Təsərrüfatı Nazirliyində indiyədək bir neçə informasiya sistemləri hazırlanıb, lakin heç birisi də vahid platforma əsasında olmayıb, bazalar inteqrasiya olunmayıb və s. İndi K\T Nazirliyi də Elektron Kənd Təsərrüfatını yenidən qurur.
Təhsil Nazilriyində, İqtisadiyyat Nazilriyində, NRYTN-də oxşar situasiyalar var.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bildiyim qədər artıq 3 –cü dəfədir ki İT təsərrüfatda hər şeyi yenidən qurmaq xətti tutublar.
Bəs köhnələr hara getdi ? Kimlər buna məsuliyyət daşıyır ?
Bu işləri görən bəzi yerli İT şirkətlər də rahatca digər dövlət sifarişlərini udur və beləcə də proseslər təkrar olunur.
Düşünürəm ki, bu xoşagələn hal deyil, bu tip yanaşmalara son qoyulmalıdır. Normal təhvil-təslim, audit prosesi getməlidir, şəffaflıq təmin olunmalıdır, məsuliyyət müəyyən olunmalıdır.
Aidiyyatı qurumalr bunun sorğu-sualını etməldirlər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )