Kəlbəcərin işğalı - - daha 5 rayonun itirilməsinə açılan yol (+FOTOLAR)

Kəlbəcərin işğalı - daha 5 rayonun itirilməsinə açılan yol (+FOTOLAR)

 Azərbaycanın ərazicə ən böyük strateji rayonunun işğalından 26 il keçdi
Aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsindən 26 il keçir. 1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu Dağlıq Qarabağ müharibəsi başlayandan iki tərəfdən mühasirədə idi, 1992-ci ilin mayında Laçının işğalından sonra Kəlbəcərin daha bir tərəfi bağlandı və rayon 3 tərəfdən düşmən mühasirəsində qaldı. Kəlbəcərin Azərbaycanın digər bölgələri ilə əlaqəsi yalnız 3500 metr hündürlükdə olan Murov dağı vasitəsilə həyata keçirilirdi.

Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin hərbi birləşmələri Kəlbəcərin mühasirədə qalmasından yararlanaraq Rusiya hərbçilərinin köməyi ilə 1993-cü il aprelin 2-də oranı işğal etdilər. Kəlbəcər uğrunda gedən döyüşlərdə 55 hərbçi və 220 mülki şəxs həlak olub, minlərlə sakin yaralanıb, 321 nəfər əsir götürülüb. O vaxtkı qiymətlərlə rayonun xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan dəyib.

Azərbaycanın ərazicə ən böyük rayonu olan Kəlbəcər ölkənin bir nömrəli strateji nöqtəsi sayılırdı. Qarabağın qala qapısı adlanan Kəlbəcərin işğalı ilə Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim 3500 metr hündürlükdə olan Murov yüksəkliyini ələ keçirdi. Həmçinin Dağlıq Qarabağla Ermənistan arasında ən yaxın quru yolu açılmış oldu. Məhz bu üstünlükləri əldə etdikdən sonra çox keçmədi ki, Ermənistan qısa zamanda Azərbaycanın daha beş rayonunu işğal edə bildi.

Azərbaycanın cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Azərbaycanın ən mənzərəli və şəfa mənbəli rayonlarından biridir, burada tanınmış İstisu və digər çoxsaylı mineral bulaqlar, qızıl da daxil olmaqla, saysız-hesabsız təbii sərvətlər yerləşir. Kəlbəcər təbiətində dünyada nadir sayılan dərman bitkiləri, ağaclar da yer alırdı ki, artıq 26 ildir ermənilər bu təbii sərvətləri talan edirlər.

Ermənilər Kəlbəcərin təkcə təbii sərvətlərini deyil, infrastrukturunu, yaşı min ildən yuxarı olan tarixi abidələrini də məhv ediblər. Rayon işğal olunarkən 140 iri və orta müəssisə, 90 məktəbəqədər uşaq müəssisəsi, 115 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 107 xəstəxana və tibb müəssisələri, 214 mədəniyyət ocağı ermənilər tərəfindən yandırılıb, darmadağın edilib. Artıq 26 ildir Kəlbəcər rayonunun əhalisi ölkənin 61 rayon və şəhərində məskunlaşıblar. 1993-cü ildə BMT Kəlbəcər rayonunun qeyd-şərtsiz azad edilməsi, erməni qoşunlarının çıxarılması barədə 4 qətnamə qəbul edib. Lakin bu günədək Ermənistan həmin qətnamələri yerinə yetirməyib. BMT kimi dünyanın ən böyük beynəlxalq qurumu isə verdiyi qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana heç bir təzyiq etmir. İşğalçı Ermənistan isə bundan istifadə edərək daha bir məkrli niyyətini-Kəlbəcərdə erməni əhalinin məskunlaşdırılmasını həyata keçirir. Ermənistan həm öz vətəndaşlarını, həm də Suriyadan köç edən erməniləri Kəlbəcər rayonunda məskunlaşdırır.

Hər il olduğu kimi, bu gün də Kəlbəcərin işğalının ildönümü ilə əlaqədar Bakı şəhərində məskunlaşmış kəlbəcərlilərin və ictimaiyyət nümayəndələrinin toplantısı keçiriləcək, Şəhidlər Xiyabanı ziyarət ediləcək. Eyni zamanda Kəlbəcər Rayon İcra Hakimiyyətində də rayonun işğalının ildönümü ilə bağlı tədbir keçiriləcək.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !