Paşinyan David Tonayanı dəstəklədi: - "Əgər başqa bəyanat versəydi, onu işdən qovardım"

Paşinyan David Tonayanı dəstəklədi: "Əgər başqa bəyanat versəydi, onu işdən qovardım"

 “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində danışıqlar prosesi davam etdirilməlidir, amma anlamalıyıq ki, nə qədər ki münaqişə həll olunmayıb, istənilən vəziyyətə hazır olmalıyıq”.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Erablur” hərbi panteonunda jurnalistlərə açıqlamasında deyib.

O, hətta Ermənistan müdafiə naziri David Tonoyanın “ərazi qarşılığında sülh” formulunu dəyişərək, onu “yeni ərazilərin işğalı üçün yeni müharibə” formulu ilə əvəzləməsini dəstəkləyib: “Əgər müdafiə naziri başqa bəyanat versəydi, onu işdən qovardım. O deyib ki, əgər müharibə olarsa, bizim cəhdimiz bu müharibədə qələbə qazanmaq olacaq və bu, normaldır. Bu cür bəyanat nizamlanma prosesinə heç bir kölgə salmır, əksinə sülh yolu ilə həllin vacibliyini vurğulayır”.

O, Tonoyanın onun nəzarəti altında hərəkət etdiyini bildirib.

Qeyd edək ki, D.Tonoyan Nyu York şəhərinin erməni diasporunun nümayəndələri ilə görüşdə “ərazilər əvəzinə sülh formatını dəyişərək yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyik, biz hücum bölmələrinin sayını artıracağıq ki, döyüş əməliyyatlarını düşmən ərazisində apara bilək” demişdi.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !