Xocalı məktəbinin şagirdləri üçün xeyriyyə aksiyası keçirilib - (+FOTOLAR)

Xocalı məktəbinin şagirdləri üçün xeyriyyə aksiyası keçirilib (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə Bakının Pirşağı qəsəbəsində müvəqqəti yerləşən Xocalı şəhər 2 saylı orta məktəbin şagirdləri üçün xeyriyyə aksiyasi keçirilib. Bunu …-ə AQSİA-nın sosial iş komissiyasının rəhbəri Gülnarə Xəlilova deyib.
Çıxış edənlər - AQSİA-nın İdarəetmə şurasının sədri Səkinə Babayeva, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, Milli Məclisin deputatları Adil Əliyev, Elman Məmmədov, Flora Qasımova, məktəbin direktoru Fiqurə Rüstəmova, iş adamı və ictimai xadim Əli Hənifəyev, yazıçı Arzu Soltan qeyd ediblər ki, dövlət qaçqın və məcburi köçkünlərə böyük diqqət və qayğı göstərir, böyüyən nəslin inkişafı üçün hər cür şərait yaradır, cəmiyyətdə isə xeyriyyəçilik təkcə təmənnasız köməyin aktual və geniş təzahürünə deyil, həm də hər bir insanın daxili tələbatına çevrilib.

Uşaqlara hədiyyələr verilib, əməkdar artist Tünzalə Ağayeva və müğənni Samirə Əfəndiyevanın iştirakı ilə konsert proqramı, nağıl qəhrəmanlarının teatrlaşdırılmış səhnələri göstərilib. Qonaqlar, həmçinin Xocalı şəhər məktəbi, təhsil şəraiti və istedadlı uşaqların qabiliyyət səviyyələri ilə tanış olublar.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !