Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Neft Fondunun birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib - (+FOTOLAR)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Neft Fondunun birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 05 aprel 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) birgə təşkilatçılığı ilə Bakı-Şamaxı magistral avtomobil yolunun 27-ci kilometrliyində ağacəkmə aksiyası keçirilib. ARDNF-nin 20 illik yubileyinin keçirilməsinə dair tədbirlər planında nəzərdə tutulan bu aksiya “Bu yaz özün bir təbiət yarat!” devizi ilə başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil edilib.

ARDNF-nin əməkdaşları tərəfindən ağacəkmə aksiyasında 1,5 hektar ərazidə 1000-dən artıq badam ağacı əkilib. Əkilən ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

Aksiyanın keçirilməsində fəaliyyətinin başlıca missiyası ölkənin tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərinin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsi olan ARDNF-nin məqsədi ölkənin meşə ehtiyatlarının artırılması və ekoloji mühitin mühafizəsinə dəstək verməkdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )