Vətən torpağı kimi kiçilə-kiçilə gedirik... - - Elçinin "dinc" durmayan dilindən

Vətən torpağı kimi kiçilə-kiçilə gedirik... - Elçinin "dinc" durmayan dilindən

https://www.facebook.com/groups/2159698127577601/ 

 

Xalq artisti Brliyant Dadaşova, gic-gici “Pəncü-şeş” mahnısı ilə gündəmə gələn Afət Fərmanqızının, milyonların sevimlisi, xalq artisti Flora Kərimovanı təhqir etməsini tənqid edərək deyib: “50 ildən çox sənəti olan Flora Kərimovanın təhqir olunması mentalitetimizə, milli-mənəvi dəyərlərimizə ziddir. Buna son qoymaq lazımdır. Səhvimizi tapıb düzəltməliyik”.


P.S. Bəli, Brliyant xanım, hazırda Flora Kərimova kimi milli-mənəvi dəyərlərimiz təhqir olunursa, bu, əlbəttə, bizim səhvimizdir. Vaxtilə Azərbaycan xanları, bəyləri Məmməd Araz demiş, “mədən ötdü” prinsipi ilə səhv edib birləşə bilmədikləri üçün İran şahı Məhəmməd Qacar Qarabağı işğal etmişdi. 1988-ci ildə Qarabağ hadisələri başlayanda yenə ziyalılarımız “məndən ötdü”, “Qarabağda qarabağlılar döyüşsün” prinsipinə söykəndiyindən vətənin 20 faiz torpağı işğal olundu. İndi babat arxası olan, sənətdən bixəbər Afət Fərmanqızının timsalında düşmənlərimiz Flora Kərimova kimi korifeyə, yəni milli-mənəvi dəyərlərimizə dil uzadırlar. Yəni əvvəlki əsrlərdə olduğu kimi ziyallılarımız “məndən ötdü” şüarına sadiq qalaraq, yenə susurlar və beləcə vətən torpağı kimi kiçilə-kiçilə gedirik. Bu gün Flora xanıma qarşı “kakoy ni bud” Afətin hücumu sabah başqa formada sizlərin də başına gələ bilər. Ancaq onda sizi qorumağa, kiçilməmiş, bütöv, tam olan ziyalı tapılmayacaq. Gəlin Brliyant xanıma dəstək olaraq, Flora Kərimovanın timsalında milli-mənəvi dəyərlərimizə sahib çıxaq ki, Afət Fərmanqızını ortaya atanların niyyətləri ürəklərində qalsın.

 

Elçin Məmmədli

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !