YAŞIDLARIN GÖRÜŞÜ - - Rafael Hüseyn (+FOTOLAR)

YAŞIDLARIN GÖRÜŞÜ - Rafael Hüseyn (+FOTOLAR)

https://www.facebook.com/groups/458090628035596/ 

 

Köhnə bakılı, Rusiya Federasiyasının ən görkəmli kino xadimlərindən biri, rejissor, aktyor, ssenariçi, Oskar laureatı, xalq artisti Bladimir Menşov bu gün – 2019-cu il aprelin 5-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinə qonaq gəlmişdi.
Tək deyildi. Onu Avroasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin, bir də tanınmış Azərbaycan kinorejissoru, xalq artisti Vaqif Mustafayev müşayiət edirdilər.
Elə çay süfrəsinə əyləşən kimi Vladimir Valentinoviçə söylədim ki, siz gec-tez bura gəlməli idiniz, bu il gəlməyinizsə lap qanunuyğundur.
Dırhal təəccüblənib niyəsini soruşdu.
“Çünki, bu muzey sizin bioqrafiyanızla birbaşa bağlıdır”, – dedim.
Bir az da heyrətləndi və ikiqat maraqla niyəsini xəbər aldı.
Qayıtdım ki, siz 1939-cu il sentyabrın 17-də Bakıda doğulmusunuz. Bundan düz 2-cə həftə sonra – 1939-un 1 noyabrında isə bu muzeyin yaranması haqqında Azərbaycan Nazirlər Kabineti qərar verib. Yaşıdsınız. Hər ikinizin 80-i təxminən eyni vaxtda tamam olur.
Və bu müqəddimədən sonra görkəmli sənətkar artıq yaşıdının – Nizami muzeyinin zallarını gəzməyə hazır idi.
Məşhur filmlərindən, rejissoru olduğu, dünyanın ən ali kino təltifini almış “Moskva göz yaşlarına inanmır”dan, rollarından danışdıq.
Arada xatirələr onu keçmişlərə apardı, 1940-cı illəri, Bakıda ötən uşaqlıq çağlarını yada saldı.
Və mən də şöhrətli həmyerlimizlə ekspozisiyanı birgə dolaşaraq ona zallarını seyr etdiyimiz tarix dolu binanın başından keçmiş həyəcanlı sərgüzəştləri, Azərbaycan ədəbiyyatının zirvə şəxsiyyətləri haqqında maraqlı əhvalatları söylədim.
Beləcə, 80 il öncə Bakıda doğulmuş 2 yaşıd bu gün ilk dəfə görüşdü...

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !