BU MEYDAN, BU DA EKRAN... -

BU MEYDAN, BU DA EKRAN...

https://www.facebook.com/groups/458090628035596/ 

 

BU MEYDAN, BU DA EKRAN

 

“Şollerin arxivi” bədii filmi beynalxaq festivallarda qazandığı uğruna şübhə ilə yanaşanlara bildirmək istəyirəm ki, bu siyahıda adı gedən hər bir festivalların adlarını və tarixini yoxlaya bilərlər. Bu meydan, bu da ekran. Mənə təsir edən odur ki, Avropa, Amerika festivallarında seçilmiş filmlərin siyahısına baxanda, erməni filmləri ilə tez-tes rastlaşıram. Həm də Qarabağ mövzusunda çəkilmiş filmləri görürəm, am¬ma Azərbaycan filmi indi də rastlaşmıram. Mən mübarizəmi o festivallarda aparıram.
“Şollerin arxivi” bədii filmi dünyada böyük marağa səbəb olub. Belə ki, son 8 ay ərzində iyirmi beş bey¬nəlxalq festivalda uğur əldə edərək, Azərbaycan kino ta-ri¬xi¬nin ən çox mükafat qazanan ekran əsəri kimi rekord müəyyənləşdirib. Dünyanın beş qitəsini gəzib qırx beşə yaxın ölkədə keçirilən festivalda iştirak edərək, neçə-ne¬çə beynəlxalq mükafatın sahibi olub. Qeyd edim ki, filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza etmişik.
İstelsal etdiyimiz filmlər kommersya məqsədi ilə çəkilməyib. Ölkəmizi xaricdə ke-çirilən beynəlxalq festivallarda tanıtmaq, göstərmək üçün çəkmişik və buna da nail olmuşuq.
“Şollerin arxivi” bədii filmi əsəri Avropa mədəniyyətindən, azərbaycanlıların sə-daqətindən, Azərbaycan Almaniya dostluğundan, ölkəmizin multikultural dəyər-lərindən bəhs edir.
“Şollerin arxivi” filminə görə, bir çox festivallar bizə dəvətlər göndərib, ön sırada VİP yer veriblər, qırmızı xalça üzərindən keçənlərin siyahısına əlavə ediblər, lakin maddi çatışmazlıq üzündən gedə bilməmişik. Keçən ay İtaliya, Hollandiya və Meksika festivallarından dəvət almışdıq, özümüz gedə bilməsək də, film ən yüksək mükafata layiq görülüb.
Beynəlxalq festivallarda birinci üstünlük iştirak edənlərə verilir, amma biz heç birində iştirak edə bilməmişik.
Film festivalda ikinci seçilibsə, festivalın siyahısına düşübsə, elə yerlərə böyük formatda film göndərilməlidir, amma bütün bunlara baxmayaraq, heç bir festivala göndərə bilməmişik, lakin bir çoxunda qalib olmuşuq.
Bir çox dövlət orqanlarına müraciət etsək də, heç bir kömək edən olmayıbdır.
Prezident İlham Əliyev cənablarının “Azərbaycan kinematoqrafiyasının konsepsiyası” layihəsi, kinomuzun inkişafı ilə bağlı sərəncamı özəl prodakşınlara böyük dəstəkdir. Ölkəmizi, mədəniyyətimizi beynəlxalq festivallarda təmsil edəcəyik. Lakin konkret maddi dəstəyə ehtiyac olduğunu da gizlətmirik.
“Şollerin arxivi” filmi dünya beynəlxalq festivallarında nümayişindən sonra bizimlə canli yayımda internet vastəsilə görüş keçiriblər. Hollivudda film birinci yerə çıxanda juri məni təbrik etdi və bu sözləri dedi: “Ölkənizdə akademik kino institutu olmasa da, sizin filmin mövzusu bizi öz təsirinə saldı, bizim ruhumuzu fəth etdi”. Elektron ünvünlarıma təbrik və videogörüntü göndərdilər. Eyni zamanda Hollivud mətbuatında geniş yazılar yerləşdirdilər.
“Şollerin arxivi” bədii filmi barədə Niderlandın “31mag” jurnalının saytında iki mə¬qalə yerləşdirilib. Məqalədə qeyd edilib ki, film Niderlandın “European Ci¬ne-ma¬tography Awards” festivalında “Ən yaxşı dram” kateqoriyası üzrə uğur qazanıb. Ey¬ni zamanda, film Hollivudda yerləşən “Global Nonviolent Film Festival”da ən yük¬sək mükafat alan film kimi, “Daria! Magazine” jurnalında göstərilib, film ba¬rəsində ətraflı məlumat verilib.
Şollerin arxivi filmi dünya film bazarında Vimeo, Amazon ABŞ, Amazon İngiltərə, UDU Digital, Hollivud produserləri ilə əlaqə məkanı olan iPitch.tv platformalarında yerləşdirilib. Qeyd edim ki, filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza etmişik.
Cəlaləddin Qasımov deyib ki, “Şollerin arxivi” bədii filmi barədə Niderlandın “31mag” jurnalının saytında iki məqalə yerləşdirilib. Məqalədə qeyd edilib ki, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamından fərəhlənərək film çəkilib. Film Niderlandın “European Cinematography Awards” festivalında “Ən yaxşı dram” kateqoriyası üzrə uğur qazanıb. Artıq bir aydan artıqdır ki, saytın ön səhifəsində yerləşdirilib. “
Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin hə¬ya¬tı üzərində qurulmuş filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Filmdə al¬man ailəsinin timsalında insan dramı göstərilib, eyni zamanda, xalqımızın multikultural də¬yər¬lərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb. Ekran əsərinin xronometrajı 88 dəqiqədir.
2018 ci ilin 7 ayı ərzində istehsal etdiyimiz ikinci “Edam günü” tammetrajlı bədii filmimiz 8 ayda 15 beynəlxalq festivalda uğur qazanıb.
“Edam günü” tammetrajlı bədii film psixoloji trillerində hadisələr Sovet dövrünün son illərində həbsxanada cərəyan edir.
Filmin baş prodüseri və ssenaristi C.Qasımov deyib: “Mən həbsxana mövzusuna iki əks qütb¬də ziddiyyətli kontekstdən baxaraq, orijinal yanaşma təqdim etmişəm. Bu fil¬min çəkilməsinin əsas məqsədi bütün gənclərin içərisindəki istedadı üzə çıxarmaq, on¬ların qabiliyyətini geniş kütləyə göstərməkdir. Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini ya¬zar¬kən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb ma¬raq¬lı məlumatlar toplamışam”.
Cəlaləddin Qasımovun sözlərinə görə, SSP Production şirkətinin növbəti filmi Ha¬cı Zeynalabdin Tağıyev barəsindədi. Artıq bu sənədli filmin çəkilişlərinə başla-mı¬şıq. Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuduğum illərdən topladığım arxiv sənədləri, müəllimlərimdən aldığım məlumatlar, topladığım faktlar əsasında filmin çəkilişlərinə başlamışam.
Cəlaləddin Qasımov qeyd edib ki, çəklişləri 2019-cu ildə başa çatan iki sənədli filmimiz, “Stalinin qaranlıq keçmişi” bu il martın 14-də iştirakçı kimi, 72-ci Kann festivalına 19CM4576 qeydiyyat kodu ilə qeydə alınıb.İsveçrə və dünyanın ən nüfuzlu beynəlxalq festivalları filmi snopsisinə baxandan sonra qəbul ediblər
“Nobel qardaşlarının ilk uğuru” filmi ilkin baxış üçün Kannda bu 19CM4575 qeydiyyat kodu ilə qeydiyyatdan keçib. Filmin istehsalı 17 mart 2019-cu ildə başa çatıb
Bu filmləri 40-dan çox beynəlxalq kinofestivala təqdim edəcəyəm.
Beynəlxalq festivalların siyahısında qalib olduğumuz bir neçə festivallarda var ki siyahıya yerləşdirməmişik

 

                                                                                    ***

 

Qalib olduğumuz festivalların siyahısı:
“Şollerin arxivi” (“Sholler’s archive”)

 

Mediterranean Film Festival Cannes (Fransa)-Qalib,10.11.2018 (bildiriş tarixi);
Los Angeles Cine Fest (ABŞ) – YarıFinalçı, 20.06.2018;
Genre Celebration Festival (Yaponiya) – ƏnYaxşı Dram BədiiNominasiyası, 13.06.2018;
AltFF Alternative Film Festival (Kanada) – Yarı Finalçı, 13.06.2018;
Straight Jacket Guerilla Film Festival (BöyükBritaniya) – Diplom, 05.06.2018;
Social Machinery Film Festival (İtaliya) – Qalib, 14.07.2018;
28th Chichester International Film Festival (BöyükBritaniya) – Diplom, 29.06.2018;
Canada’s Yes! Let’s Make a Movie Film Festival (Kanada) – Qalib, 19.06.2018;
European Cinematography AWARDS (Niderland)- “Best Drama Film” kateqoriyasıüzrəFinalçı, 11.06.2018;
European Cinematography AWARDS (Niderland)-“Best First Time Director” kateqoriyasıüzrəYarıFinalçı, 11.06.2018;
Move Me Productions Belgium - Film Festival (Belçika)-Finalçı, 02.07.2018;
Lakecityİnternational Film Festival (Hindistan) – Qalib, 20.07.2018;
Iranian Film Festival – San Francisco (ABŞ) – YarıFinalçı, 15.08.2018;
2019 Great Lakes International Film Festival (ABŞ) – Diplom, 08.09.2018;
The Lift-Off Sessions (İngiltərə) - Diplom, 08.10.2018;
Lifft India Filmotsav (Hindistan) – World Cine Fest, Lonavla- Diplom,01.10.2018;
Global Nonviolent Film Festival (ABŞ) - Qalib, 03.09.2018;
Capital Filmmakers Festival Berlin (Almaniya)-YarıFinalçı, 31.10.2018;
Germany’s Best Independents International Film Festival (Almaniya) - Finalçı, 19.12.2018;
DadasahebPhalkeInternetational Film Festival (Hindistan) - Diplom, 29.01.2019;
New Dreams International Film Festival (ABŞ) - Diplom, 31.01.2019;
Rosarito International Film Festival (ABŞ) - Diplom, 31.01.2019;
International Film Festival of Detective Films and Television programs on Law-Enforcement themes DetectiveFEST- Seçilmiş, 05.03.2019;
First-Time Filmmaker Sessions- Seçilmiş, 19.02.2019

“Edam günü” (“Execution day”)
Hollywood Screenings Film Festival (ABŞ)- Yarı Finalçı, 10.11.2018;
Barcelona Planet Film Festival (İspaniya)- ƏnYaxşı Bədii Film Nominasiyas, 04.07.2018;
Capital Filmmakers Festival Madrid (İspaniya) – Yarı Finalçı, 17.08.2018;
Los Angeles CineFest (ABŞ) – YarıFinalçı, 20.06.2018;
The Lift-Off Sessions (İngiltərə)- Diplom, 08.10.2018;
Lifft India Filmotsav (Hindistan) – World Cine Fest, Lonavla- Diplom,01.10.2018;
Genre Celebration Festival (Yaponiya) – Diplom, 03.12.2018;
Diorama International Film Festival - Finalçı, 20.12.2018;
DadasahebPhalkeInternetational Film Festival (Hindistan) - Diplom, 29.01.2019;
Rosarito International Film Festival (ABŞ) - Diplom, 31.01.2019;
International Film Festival of Detective Films and Television programs on Law-Enforcement themes DetectiveFEST- Seçilmiş, 05.03.2019;
First-Time Filmmaker Sessions- Seçilmiş 19.02.2019;
Awareness Film Festival- Finalist.2018
Equality İnternational Film Festival ABŞ April 3, 2019

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )



 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !