Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib - (+FOTOLAR)

Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

"Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib. "Aprel döyüşləri bizim şanlı tariximizdir" devizi ilə baş tutan tədbirdə müəssisənin direktoru Tural Kərimov, şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Şəhid ailələri, Hərbi komissarlığın şəhər şöbəsinin əməkdaşları, Uşaq- gənclər İnkişaf Mərkəzinin nümayəndələri və gənclər iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbir aprel döyüşlərinə həsr olunan videonun nümayişi ilə davam edib. Çıxış edən Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov şanlı tariximiz boyu bir çox döyüşlərə şahidlik edən ölkəmiz üçün Aprel döyüşlərinin xüsusi bir mərhələ, xarici müdaxilələrə ən layiqli cavab olduğunu bildirib. Respublikada ilk dəfə olaraq 8 Mart Beynəlxalq Qadınlar Gününü Şəhid ana-bacıları ilə qeyd etdiklərini, bu kampaniyanın qısa zamanda ölkə üzrə geniş vüsət aldığını iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra çıxış edən İdarənin rəisi Kamal Nəcəfli Aprel hadisələrini Qarabağ dərdimizin unudulmadığının, gənclərimizin vətənpərvərlik ruhunun və əqidəsinin yüksək səviyyədə olduğunun bir təzahürü kimi qiymətləndirib. Aprel şəhidimiz Rüstəm Əhmədovun atası Oruc Əhmədov övladı ilə qürur duyduğunu, onun yerini alacaq vətənpərvər ruhlu, cəsarətli gənclərimizin yetişməsinin sevindirici hal olduğunu qeyd edib. Diskussiya şəraitində davam edən tədbirdə gənclər Aprel döyüşləri ilə bağlı hiss və düşüncələrini səsləndirib. Gənclər Evinin əməkdaşı Rəşad Qurbanov müəssisədə keçirilən layihə və tədbirlər zamanı gənclərə vətənpərvərlik ruhunu aşılamağa çalışdıqlarını, milli ruhlu gənclərin yetişməsini hər zaman diqqət mərkəzində saxladıqlarını bildirib, bu tip tədbirlərin keçirilməsinin tariximizin xatırlanması, ictimaiyyətə çatdırrılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Sonda Uşaq Gənclər İnkişaf Mərkəzinin Dram dərnəyinin metodisti Ülviyyə Kərimovanın rəhbərliyi ilə gənclərdən ibarət komanda tərəfindən "Zəfərə doğru" kompozisiyası nümayiş olunub.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !