Aqil Abbas rezonans doğuran filmdən danışdı - (+VİDEO)

Aqil Abbas rezonans doğuran filmdən danışdı (+VİDEO)

https://www.facebook.com/groups/458090628035596/ 

 

Dünən nümayişi keçirilən "Dalan” bədii filmini çox bəyəndim, amma təbii olaraq, bəzi kiçik nöqsanlar da gözümdən qaçmadı.

Bu sözləri Kult.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib. O, acı həyat həqiqətlərindən bəhs edən bu filmdə rejissor və aktyor işinin çox yaxşı qurulduğunu bildirib:

"Doğrudur, aktyorların Fuad Poladov kimi mükəmməl oynadığını deyə bilmərəm, çünki gəncdirlər, amma getdikcə yetişəcək, püxtələşəcəklər. Xüsusilə Əməkdar artist Rasim Cəfərin yaratdığı obraz mənə çox təsir elədi. Filmdə çox maraqlı, gözəl atmacalar var, izləyərkən bir neçə yerdə güldüm”.

Millət vəkili filmdəki açıq-saçıq səhnələrin rezonans doğurmasından da danışıb:

"Həmin filmdə cəmi 2 belə səhnə var. Məncə, tənqidlərə baxmayaraq, gənclərimiz növbəti filmlərini çəkməyə davam etsinlər. Bu yolla bir qədər də təcrübə qazanacaq və daha yaxşı film ərsəyə gətirəcəklər”.

Gənc Tamaşaçılar Teatrının aktrisası, hazırda ATV-də yayımlanan "Qara yazı” serialında rol alan Zemfira Əbdülsəmədova dram janrında film çəkilməsini yüksək qiymətləndirib:

"Filmdə insanın hisslərinə toxunan ağrılı səhnələr var idi. Bir şeyi deyim ki, büdcə məsələsi filmdə çox böyük rol oynayır. Filmin maliyyəsi çox olsa, həm keyfiyyətli, həm də tamaşaçının istədiyi effekt alınar. Bizim filmlərimizdəki problemləri əsasən bununla bağlayıram”.

Aktrisa filmdəki bəzi səhnələrin tənqid edilməsinin mental dəyərlərlə bağlı olduğunu söyləyib:

"Avropa və ABŞ istehsalı olan filmlərdə açıq-saçıq səhnələrə rahat baxa bilirik. Çünki bizim mental dəyərlərlə bağlı deyil. 70-80-ci illərdə ”Baladadaşın məhəbbəti”, "Bəxt üzüyü” və s. Azərbaycan filmlərində çimərlik geyimində olan səhnələr var. Bəs niyə indi pis baxılır? Əgər film, süjet bunu tələb edirsə, niyə də olmasın. Mental dəyərlərə toxunmadan həmin səhnələri vermək olar. "Təhminə” filmində də o cür səhnələr var idi. Amma həmin film hamı tərəfindən qəbul olundu. Aktyor sənətində "təklif olunmuş vəziyyət” adlı termin var. Əgər aktyor özündə o bariyeri sındırırsa, ona tapşırılan işin öhdəsindən gəlməli, utandığını tamaşaçıya bildirməməlidir”.

Qeyd edək ki, ötən gün "Dalan” bədii filminintəqdimatmərasimi keçirilib.

Filmə bu gündən, yəni aprelin 4-dən etibarən "Park Sinema” kinoteatrlarında baxa bilərsiniz.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )