"Bütün imkanlarını yığsalar, aprelin 4-5 qatı olacaq. Mən bunu arzulayıram və gözləyirəm” - - Azərbaycanın Müdafiə naziri

"Bütün imkanlarını yığsalar, aprelin 4-5 qatı olacaq. Mən bunu arzulayıram və gözləyirəm” - Azərbaycanın Müdafiə naziri

www.facebook.com/groups/604248139738662/

 

Müdafiə naziri Zakir Həsənov Ermənistan müdafiə naziri David Tonoyanın “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” açıqlamasına münasibət bildirib.

Oxu.az-ın xəbərinə görə, AZTV-yə müsahibəsində Z.Həsənov bildirib ki, hərbçilər söz güləşdirməklə məşğul olmamalıdırlar:

“Hesab edirəm ki, Tonoyan hərbçi deyil. O, rəhbərlik etdiyi ordusunun imkanlarından xəbərsizdir. Tonoyan bu sözləri Nyu Yorkda deyib erməni lobbisinin qarşısında. Oraya pul dilənməyə getmişdi. Bu gün Ermənistan ordusunun Azərbaycana hücum etməsi üçün nə iqtisadi imkanı, nə silahı, nə şəxsi heyəti, nə də digər imkanları var”.

Zakir Həsənov bildirib ki, bu sözləri eşidəndə onların doğurdanda hücuma keçməsini arzulayıb:

“Mən onunla İrəvanla görüşərdim. Lakin onların buna imkanları yoxdur. Bütün imkanlarını yığsalar, aprelin 4-5 qatı olacaq. Mən bunu arzulayıram və gözləyirəm”.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )