1 milyon qaçqının içində əli silah tuta bilən 100 min kişi yox idi? - - Aydın Canıyev araşdırır...

1 milyon qaçqının içində əli silah tuta bilən 100 min kişi yox idi? - Aydın Canıyev araşdırır...

https://www.facebook.com/groups/604248139738662/ 

 

Bunu Şirməmməd Hüseynov deyib: "Bizdə 1 milyon qaçqın var. Bu 1 milyon qaçqının içində əli silah tuta bilən 100 min kişi yox idi?"
Bu sualın bir cavabı var: bizdə o vaxtı o kişilər vardı, Mütəllibov da o kişilərin əlindən silahları alırdı və üstəlik də, Siz onda onun tərəfindəydiniz! Bu mövzuda yazanların yazılarını isə tələbələrinizə göstərib lağa qoyurdunuz!!!

 

ZƏRURİ AÇIQLAMA:


...hər dəfə Şirməmməd müəllimin bu fikri "raskrutka" olunanda təpəm atır. Niyəsi də bu ki... 1992-ci ildə "Həyat" (indiki "Azərbaycan") qəzetində işləyirdim, fevral ayında ideyası Ş.HÜSEYNOVUN bu fikri olan yazımı öz işlədiyim qəzet vermədi, Şakir Yaqubov vərəqlər əlində düşdü redaksiyalara, ərki çatan baş redaktorlardan dərcini xahiş etməyə - "Sovet kəndi", nə bilim, "Açıq söz", axırda pərt və küskün halda, təəssüflə qayıtdı ki, yazını stolun üstünə qoymuşam. Götürdüm, "Azərbaycan" nəşriyyatıyla üzbəüzdə oturan Mehman Cavadoglunun yanına getdim "Müxalifət" qəzetinə. Yazını verdi, üstündən də əməlli qonorar yazdı və həm də təklif etdi ki, çıx "Həyat"dan, gəl, burda işlə. Onda Ağamalı Sadiq Əfəndi rəhmətlik idi baş redaktor. Qayıtdım ki, Mehman bəy, başqa bir yazımı da Ağamalı bəy verməz, pis olaram, çıxar gedərəm, amma siz baş redaktor olanda, olduğunuz qəzetdə kuryer də işləyərəm. Sonra... cəmi altı ay keçdi, Mehman bəy gəldi oldu "Həyat"ın baş redaktoru. Qəzetin adını "Azərbaycan" elədi, məni də şöbə redaktoru... tələbə ola-ola. Amma Şirməmməd Hüseynov fakültədə məndən bir kurs aşağı oxuyanlara qəzetdəki yazımı göstərib demişdi ki... açığı, lağa qoymuşdu! O qrupdan sonradan ailə həyatı qurduğum qız gəldi mənə çatdırdı! Təxmini xatırladıram 25 il qabaqkı o yazının qayəsini: Qarabağın ərazisi cəmi-cümlətanı 4,4 min kv.km-dir. Ermənistandan qaçqın düşən soydaşlarımızın sayı 200 min. Hər evdən bir kişi olmaqla ordu yığsaq, hər kvadrat metrə dörd nəfər düşər. Bu da hətta silahsız-filansız, Qarabağ torpağından ermənilərin sıxışdırlıb çıxarılması deməkdir. Heç silaha ehtiyac qalmır! Onda Şirməmməd Hüseynov Ayaz Mütəllibovu dəstəkləyirdi! İndi Şirməmməd Hüseynov bunu deyir - 90 yaşa çatanda... mən 25 yaşımda demişdim yox e, yazmışdım! Hələ bütün rayonlar yerindəydi! Bu "raskrutka"nın bir cavabı var: Azərbaycanın taleyini həll edə bilənlərin fikirləri lağa qoyulub, qoyulur, nə qədər də ki, qoyulacaq, elə belə də olacaq! p.s. yazını "Müxalifət"in arxivi olan istənilən şəxsdən istəmək olar!

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !