ŞAR-da Günəş-Yer fizikasının aktual problemləri mövzusunda Azərbaycan-Rusiya beynəlxalq seminarı keçirilib - (+FOTOLAR)

ŞAR-da “Günəş-Yer fizikasının aktual problemləri” mövzusunda Azərbaycan-Rusiya beynəlxalq seminarı keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Aprelin 5-də Azərbaycan-Rusiya əməkdaşlığı çərçivəsində, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) və Rusiya Elmlər Akademiyası N.V.Puşkov adına Yer maqnetizmi, ionosferi və radiodalğaların yayılması istitutunun (İZMİRAN) birgə təşkilatçılığı ilə rəsədxanada “Günəş-Yer fizikasının aktual problemləri” mövzusunda beynəlxalq seminar keçirilib.

Seminarın əsas məqsədi Azərbaycan və Rusiya alimləri arasında Günəş və Günəş-Yer əlaqələrinin fizikası sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərin müəyyənləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi olub. Tədbirdə hər iki ölkədən tanınmış alim və mütəxəssislər iştirak edib.
Seminarı giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev ölkəmizdə müxtəlif beynəlxalq elmi tədbirlərin keçirilməsinin Azərbaycanın uğurlu daxili və xarici siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb və iştirakçılara uğurlar arzulayıb. Sonra çıxış edən Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov seminarı yüksək səviyyəli təşəbbüs kimi dəyərləndirib və elmi-tədqiqat müəssisələrinin birgə əməkdaşlıq tarixindən danışıb. Rusiya tərəfdən çıxış edən natiqlər - professorlar Vladimir Kuznetsov və Vladimir Obridko tədbirin əhəmiyyətindən danışıblar, həmçinin bu seminarın tədqiqatçılara böyük töhfə verdiyini xüsusi vurğulayıblar.

Rəsmi açılış mərasimi bitdikdən sonra seminar işini hər iki ölkə alimlərinin son illərdə əldə etdikləri mühüm elmi nəticələrə həsr olunmuş məruzələri ilə davam etdirib. Belə ki, seminarda hər iki ölkənin alim və mütəxəssisləri tərəfindən Günəş-Yer fizikasının aktual problemləri haqqında mühüm mövzularda çıxışlar edilib və mövzular ətrafında müzakirələr aparılıb. Seminarda məruzə ilə çıxış edən alimlər toqquşmasız plazma mühitində müxtəlif dayanıqsızlıqların 16-momentli köçürmə tənlikləri əsasında tədqiqi üzrə ŞAR-da və İZMİRAN-da alınan nəzəri nəticələr barədə ətraflı məlumat veriblər. Alınan nəzəri nəticələrin Günəş küləyinə tətbiqi və təcrübi məlumatlara uyğunluğu barədə gənc alimlərin çıxışı da maraqla qarşılanıb.
Seminarda Günəşdə baş verən qeyri-stasionar proseslərə dair tədqiqatların nəticələri, onların Yer biosferinə təsiri üzrə araşdırmaların gələcək perspektivləri geniş müzakirə edilib. Seminar zamanı tərəflər bir-birini maraqlandıran sualları cavablandırıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !