Prezidentin bir illik fəaliyyətinə qısa baxış - - Azər Həsrət

Prezidentin bir illik fəaliyyətinə qısa baxış - Azər Həsrət

https://www.facebook.com/groups/604248139738662/ 

 

Aradan cəmi bir il keçib. Uzun müddət sayılmaz. Bir il siyasət meydanında elə də uzun müddət deyil. Lakin əgər söhbət bir liderin çox da uzaq olmayan bir vaxtda verdiyi sözlərin yerinə yetirilməsindən gedirsə, əlbəttə, bir il də, daha qısa zaman kəsimi də diqqət çəkməlidir.

Prezident İlham Əliyev ötən ilin aprelində bir daha xalqın önünə çıxdı, səsvermədə iştirak edib seçkini qazandı. O günlərdə də deyirdik, indi də deyirik: bu, bir güvən təzələnməsiydi. Siyasi lider olaraq Prezident İlham Əliyev daha uzun müddətli və dayanıqlı inkişaf üçün növbəti dəfə xalqa müraciət etdi, onun rəyini öyrəndi, dəstəyini qazandı ki, qarşıya qoyulan vəzifələri arxayın bir ortamda gerçəkləşdirə bilsin. Aradan keçmiş bir il onu göstərdi ki, qərar düzgün idi, vaxtında atılmış addımdır və nəticələri də söz verilən-gözləniləndən qat-qat artıqdır.

 

Aradan keçən bir il ərzində Azərbaycanda inqilab baş verdi. Rauf Arifoğlunun sözüylə desək, ağ inqilab. Bu yuxarıdan inqilab ona hədəflənmişdi ki, xalqla Prezident və onun siyasi komandası arasında münasibətlər ən səmimi müstəvidə davam etsin. Eyni zamanda Prezidentin bu kursunun daha effektiv həyata keçirilməsi üçün təsis edilmiş 1-ci vitse-prezidentlik təsisatı da bu ötən müddət ərzində özünü çox qabarıq şəkildə yaxşı yöndən göstərmiş oldu. Prezident İlham Əliyev və onu bütün anlamlarda tamamlayan 1-ci vitse-prezident Mehriban Əliyeva bu qısa zaman kəsimində də əvvəlki illərdə olduğu kimi sadə vətəndaşın ayağına qədər getdi, onun dərdini hansısa məmurların məruzələrindən deyil, özündən öyrənmiş oldu. Bu isə ciddi sosial-iqtisadi problemləri olan, yaxud da təbii fəlakətlərlə üz-üzə qalan vətəndaşımızın özünə inamının bir an belə sarsılmasına fürsət tanımadı. Prezident və 1-ci vitse-prezident hətta zəlzələ baş verən bölgəyə belə gedib tək-tək vətəndaşların dərdini öyrəndi, araşdırdı, yerində tapşırıqlar verib evsizi evlə, yurdsuzu yurdla təmin etdi.

 

Biz ötən bir il ərzində Prezident İlham Əliyevin bir gün belə gözdən uzaq olduğunu görmədik. Elə gün olmadı ki, cənab Prezident vətəndaşları narahat edən məsələlərlə maraqlanmasın, onların dərhal həll edilməsi üçün tapşırıqlarını verməsin. İş bununla da qalmadı. Verilən tapşırıqların icrasını yerində yoxlamaqla da ölkənin ali rəhbərliyi bəzən işinə məsuliyyətsiz yanaşan aşağı rütbəli məmurlara və yuxarı eşalondakı vəzifəlilərə ismarıc vermiş oldu.

Məcburi köçkünlərin sosial problemlərinin həlli yola saldığımız bir illik prezidentlik dönəmində də qabarıq şəkildə gündəmdə oldu. Biz Prezident İlham Əliyevi, yaxud 1-ci vitse-prezident Mehriban Əliyevanı daim köçkünlərə yeni mənzillərin, avtomobillərin təqdimat mərasimlərində gördük. Biz onların köçkünlərə qarşılıqsız verilmiş mənzillərdə ailə içində çay içib şirin söhbət etdiyi görüntülərə tanıqlıq etdik.

 

Ötən bir il ərzində Qarabağ qaziləri, şəhid ailələri də Prezidentin və 1-ci vitse-prezidentin diqqət mərkəzində oldu. Prezident İlham Əliyevin şəhid ata-anasının ayağına qədər gəlməsi, qəhərlənmiş ağsaqqala şəxsən su təklif etməsi kimi sentimental səhnələr nəinki bizi, istənilən insanı göz yaşlaırna boğacaq səhnələrdi ötən il ərzində. 1-ci vitse-prezidentin də uyğun mərasimlərdə şəhid analarının dərdinə göz yaşlarıyla ortaq olması heç bir bəşər övladını biganə qoya bilməzdi.

 

Vətəndaşların şikayət və təkliflərini şəxsən qəbul etmək, onların həlli üçün təxirəsalınmaz tədbirlər görməksə bir başqadır.

Ötən il ərzində Azərbaycan dövlətinin rəhbəri beynəlxalq siyasət müstəvisində də sayıldı, seçildi və fərqləndi. Biz həm Prezidentin, həm də 1-ci vitse-prezidentin çoxsaylı səfərlərinə tanıq olduq. Ard-arda gələn bu səfərlərdə Azərbaycanın ən ümdə problemləri dilə gətirildi, həlli üçün beynəlxalq səviyyədə çalışmalar gerçəkləşdirildi. Ona görə də Azərbaycanın üzərinə gəlməyə adət etmiş məlum qüvvələr ötən bir il ərzində heç bir uğur qazana bilmədi. Dövlətimiz öz ayaqları üstündə daha möhkəm dayandı, daha qətiyyətli davrandı. Biz heç kimin – heç bir qüvvənin qarşısından çəkilmədik!

Azərbaycan ötən bir illik prezidentlik dövründə də özünün xalqa yönəlik – milli maraqlara söykənən siyasi kursunu ən yüksək səviyyədə davam etdirməyi bacardı. Üzərimizə böyük güclərin belə gəlməsinə baxmayaraq.

Enerji daşıyıcılarının dünya bazarına çıxarılması istiqamətində işlər plan üzrə davam etdirildi. Nəqliyyat-kommunikasiya layihələri uğurlu bir şəkildə həyata keçirildi. Beynəlxalq müstəvidə fəaliyyətlər daha irəli aparıldı. Ən önəmlisi isə odur ki, işğalçı Ermənistanla müqayisədə Azərbaycan parlaq bir şəkildə fərqləndi.

 

Azərbaycan tarixində ilk dəfə bir ildə iki böyük hərbi paradın da keçirilməsi Prezident İlham Əliyevin son bir illik hakimiyyət dönəminə düşdü. Heç şübhəsiz, hər bir Azərbaycan vətəndaşı 2018-ci ilin 26 iyununda Milli Ordunun, 15 sentyabrında Bakının daşnak-bolşevik ünsürlərdən azad edilməsinin 100 illiyinə həsr edilmiş iki ayrı hərbi paradı illər uzunu fəxrlə xatırlayacaq.

 

Biz, ölkə olaraq Prezident İlham Əliyevin bütün hakimiyyət dönəminin getdikcə daha parlaq və cəlbedici olan idarəetməsində ötən bir ili də qürurla yola salırıq. Bu isə o deməkdir ki, qarşıda bizi daha parlaq, daha möhtəşəm illər – nailiyyətlər gözləyir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında.

Ötən ilin 11 aprelindən keçən bir il ərzində həyata keçirilən işlər sırasında Prezidentin kadr və struktur islahatlarını, eyni zamanda sosial problemlərin həlli, vətəndaşların rifah halının yüksəldilməsi üçün atdığı addımları qeyd etməyə bilmərik. Bu addımlar hər bir Azərbaycan vətəndaşının ürəyincə oldu, cənab Prezidentə etimadın əbəs olmadığını bir daha təsdiq etdi.

 

Ümumi olaraq ötən bir ilə təkrar nəzər salsaq bu qənaətə gəlmək olar ki, Prezident İlham Əliyev bu qısa müddət ərzində də sadəcə söz deyil, əməl adamı olduğunu dəfələrlə göstərmiş oldu. O, hətta bir çox hallarda öncədən elan etmədiyi addımları gerçəkləşdirməklə siyasi rəqiblərini belə mat qoymağı bacardı. Bu isə bir daha onu göstərir ki, biz vətəndaşlar Prezident İlham Əliyevə etimad göstərməklə səhv etməmişik. Azərbaycanın uzun müddətli inkişafını və dayanıqlığını istəyən hər bir vətəndaşımızın onun arxasında olması istənilən dünya liderinin arzusudur ki, bunu da ölkəmizin rəhbəri öz əməllərilə qazanmağı bacarıb. Həm də lap çoxdan.

 

Sözardı: Ermənistanın işğalına son qoymaq üçün atılan addımlar da ötən il ərzində diqqətdən qaçmadı. İşğalçı ölkədə hakimiyyətə gəlmiş yeni qüvvələrin bəzən naşılığı, bəzən də müstəqil qərar verə bilməməsi üzündən bir müddət səngimiş danışıqlar prosesi yenidən canlandı. Onu da əlavə edək ki, ötən müddət ərzində Azərbaycan ordusu Naxçıvan istiqamətində strateji əhəmiyyət daşıyan yüksəkliklərə-ərazilərə nəzarəti bərpa etməklə işğalçı Ermənistanı güneydən nəzarət altına almış oldu.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )