AzTU-da Milli Qəhrəman Şövqiyar Abdullayevin 50 illik yubileyi qeyd olunub - (+FOTOLAR)

AzTU-da Milli Qəhrəman Şövqiyar Abdullayevin 50 illik yubileyi qeyd olunub (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, aprelin 9-da AzərbaycanTexnikiUniversiteti (AzTU) və “Veteran Tankçılar” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin 50 illik yubileyinə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə universitetdə şəhidlərin xatirəsini əbədiləşdirən abidə-kompleksi önünə gül dəstələri düzüb.

AzTU-nun rektorəvəzi, professor Xalıq Yahudov çıxışında ölkə prezidenti İlham Əliyevin şəhidlərin şücaətini yüksək qiymətləndirdiyini və torpaq uğrunda canından keçən bütün şəhidlərin qəhrəmanlıqlarını tarixi qəhrəmanlıq adlandırıb. Rektor əvəzi AzTU-nun “Avtomatika və kompyuter texnikası” fakültəsinin məzunu, Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin, həmçinin bütün şəhidlərin döyüşlərdə göstərdiyi igidliyi universitetdə tələbələrə nümunə kimi təbliğ olunduğunu və onların xatirəsinin daima əziz tutulduğunu bildirib.

Digər çıxış edənlərisə qəhrəmanın vətənpərvərliyindən, torpağına olan sevgisindən, döyüş xatirələrindən danışıblar və belə tədbirlərin keçirilməsinin gənclərə örnək olduğunu vurğulayıblar.

Çıxışlardan sonra Vətənə, torpağa həsr olunmuş mahnı və şeirlər səsləndirilib.

Anım mərasimində Şövqiyar Abdullayevin ailəsi, döyüş yoldaşları, hərbçilər, ictimai xadimlər, universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.

Qeyd edək ki, AzTU-nun məzunu Şövqiyar Abdullayev 1992-ci il avqustun 27-də çox ağır bir döyüşdə yoldaşlarını əsir düşməkdən xilas edib, özü isə Vətən uğrunda qəhrəmanlıq göstərərək həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !