Akademik Musiqili Teatrda istehsalat müşavirəsi - (+FOTOLAR)

Akademik Musiqili Teatrda istehsalat müşavirəsi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bədii Şuranın geniştərkibdə yığıncağı keçirilib. Müşavirədə Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev teatrın qarşısında duran vəzifələrdən və həlli vacib məsələlərdən danışıb, iş prosesində yol verilən bəzi ciddi nöqsanların aradan qaldırılması barədə kollektivlə birlikdə müzakirələr aparıb.

Teatr rəhbəri çıxışında ölkə başçısının 5 mart 2019-cu il tarixli "Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik” statusu verilməsi haqqında” Sərəncamınından sonra sənət ocağının əməkdaşlarında ruh yüksəkliyinindaha da artdığını qeyd edib. O, Akademik Musiqili Teatrının kollektivininbundan sonra dadövlət əhəmiyyətli tədbirlərdə, qastrol səfərlərində, müsabiqələrdə fəal iştirakının zəruriliyini xüsusi vurğulayaraq, yol verilən bəzi ciddi nöqsanlara görəiradlarını da bildirib. Teatrda çalışan hər kəsin qurumun daxili qayda-qanunlarına, nizam-intizam qaydalarına əməl etməsinin vacibliyini diqqətə çatdırıb.

Teatrın aktrisası, “Şöhrət” ordenli Xalq artisti Afaq Bəşirqızı çıxış edərək, aktyorlara özünün səhnə təcrübəsindən bəzi məsləhətlər verib. Aktrisa xüsusi qeyd edib ki, teatrın Akademik statusu alması, aktyorların maddi rifahının yüksəldilməsi, ölkə başçısı tərəfindən incəsənətə, teatra verilən yüksək dəyərdir.

İclasda daha sonra Teatrın baş inzibatçısı Sücəddin Sadiyev, rejissor assistentləri - Elməddin Dadaşov və Sevinc Məmmədova çıxış edərək iş prosesi zamanı yaranan çətinliklərdən və qarşıya çıxan problemlərin birgə həlli yollarıbarədə müzakirələr aparıblar.

Yığıncaqda teatra tamaşaçı axınının günbəgün artdığını və insanların mənəvi zövq alması üçün məhz, Akademik Musiqili Teatrı seçməsini nəzərə alaraq, repertuardakı tamaşaların siyahısında daim yenilənmənin vacibliyi söylənildi.

Sonda teatrın qarşısında duran gələcək planlar, repertuarda olan tamaşaların keyfiyyətinin artırılması, tamaşaçıların zövqünə uyğun və müasir dövrlə səsləşən səhnə əsərlərinin hazırlanması və s. məsələlər qarşılıqlı dialoq və diskusiya şəklində müzakirə olundu.

Problemlərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi və səsləndirilən müxtəlif təkliflərinəzərə alaraq,belə müzakirələrin davamlı olmasının vacibliyi vurğulandı.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !