İlk yerli elektron köşk məhsulları - STP terminal - (+FOTOLAR)

İlk yerli elektron köşk məhsulları - STP terminal (+FOTOLAR)

www.facebook.com/groups/250993438794052/ 

 

Sumqayıt Texnologiyalar Parkının istehsal etdiyiterminal və köşk tipli avadanlıqlarıartıq “STP Terminal”brendi altında təqdim ediləcək. STP terminallaraödəmə və bilet terminalları, o cümlədən növbəvəinformasiya köşkləriaiddir.Bugünə qədər Texnopark Vergilər Nazirliyi, Gömrük Komitəsi kimi dövlət qurumlarını, Kapital Bank, Rabitə Bank və Easypay kimi özəl şirkətləri müxtəlif terminal və köşk tipli məhsullarlatəmin edib.

 

Azərbaycan brendi olan STP terminallarıidxal olunan bənzər məhsullarla müqayisədə bir sıra üstünlüklərə malikdir.Məsələn, terminalların karkas və konstruksiyasımüştərinin istəyinə əsasən dizayn oluna, həmçinin sifarişçi şirkətin korporativ rənglərinə uyğun olaraq rənglənəbilir.Bunlarla yanaşı terminallarınmetal karkasını dözümlülük və təhlükəsizlik məqsədlərilə müxtəlif qalınlıqda hazırlamaq mümkündür.Eyni zamanda terminalların texniki baxışı da STP tərəfindən həyata keçirilə bilir. Ən əsası isə qeyd etmək lazımdır ki, yerli istehsal olan STP terminallarının qiymətlərixarici analoqları ilə müqayisədə daha münasibdir.

 

STP terminalları bütündövlət qurumlarında, fəaliyyət növündən, sahəsindən asılıolmayaraq istəniləntəşkilat və şirkətlərdə istifadə oluna bilər. Maliyyə-bank sektorunda xidməthaqqı, satış, vergi və digər ödəmələr üçün, nəqliyyat, idman, əyləncə sektorlarında bilet satışı üçün, təhsil və səhiyyə sahələrində bir sıra digər məqsədlər üçün terminalların tətbiqi olduqca faydalıdır.Hazırdapərakəndə satış və restoranlardaözünəxidmət həlləri həyata keçirmək üçün genişimkanlar mövcuddur.Terminallar eyni zamanda informasiya təqdim etmək məqsədilə də istifadə oluna bilər. Belə ki, terminallarmüraciətçilərə müəssisə haqqında yazılı məlumat təqdim etmək, müxtəlif layihə və tədbirlərin foto və videolarını göstərmək, bu və ya digər xidmətdən yararlanmaq üçün məlumatlandırmaq və s. baxımdanəlverişlidir.

 

Yuxarıda qeyd olunanları nəzərə alaraq Sumqayıt Texnologiyalar Parkı bütün dövlət qurumlarını və ölkədə fəaliyyət göstərən şirkətləri əməkdaşlığa dəvət edir. “STP Terminal” məhsulları haqqında suallarınıza cavab almaq və ya əlavə məlumat əldə etməküçünsales@stp.azemail ünvanına yaza, həmçinin*0990 qısa nömrəsinə zəng edəbilərsiniz.

 

Qeyd edək ki,“STP Terminal” məhsullarıTexnoparkın Elektrik Avadanlıqları Zavodunda istehsal olunur. Zavoddainnovativ texnologiyaların tətbiqi ilə Avropa standartlarının tələblərinəcavab verən müxtəlif çeşiddə məhsullar istehsal olunur. İstehsal prosesində Almaniya, Finlandiya, ABŞ istehsalı olan avadanlıqlar istifadə edilir.
 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )