STP Azərbaycan tarixində ən iri kabel ixracını həyata keçirir - (+FOTOLAR)

STP Azərbaycan tarixində ən iri kabel ixracını həyata keçirir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 2019-cu ilin mart ayında Sumqayıt Texnologiyalar Parkı ölkə tarixindəki ən irihəcmli kabel ixracı əməliyyatını həyata keçirməyə başladı. Bu günədək davam edən prosesdə idxalçı tərəf kimi Qazaxıstan Respublikası çıxış edir və artıq6 avrofuraməhsul sifarişçi ölkəyə yola salınıb.

Müqaviləyə əsasənSTP sifarişçiyə ümumilikdə 77 avrofuraalçaq gərginlikli olmaqlazirehli və zirehsiz müxtəlif növ kabel məhsulları göndərəcək.

Almaniya və Rusiya kimi ölkələrdən oturuşmuş şirkətləri qabaqladıq!

2017-ci ilin oktyabr ayından başlayaraq ictimaiyyətə açıq şəkildə keçirilənvə bu ilin yanvar ayında Texnoparkın qələbəsi ilə nəticələnən tenderdə Azərbaycan ilə yanaşı Almaniya, Çin və Türkiyə kimi ölkələrdən ciddi rəqib şirkətlər iştirak edib.

7 milyon dolar dəyərində layihə!

Qeyd etmək istərdik ki, ümumi dəyəri 5 milyon ABŞ dolları olan bu müqaviləyə əsasən ixrac olunacaqməhsullarQazaxıstanın Aktoqay Dağ Mədən Kombinatının genişləndirilməsində istifadə ediləcək. İlin sonuna qədər isə daha 3 müqavilənin bağlanması ilə ümumi ixrac məbləğinin 7 milyon ABŞ dollarını ötməsiproqnozlaşdırılır.

Xatırladaq ki, bu, Texnoparkın Qazaxıstan iləilk əməkdaşlığı deyil. Daha əvvəllər də STP adı çəkilən ölkə ilə bir sıra uğurlumüqavilələrə imza atıb;Şımkənt şəhərini elektrik enerjisi ilə təmin edən“BURIL” Yarımstansiyasının tikintisi, Temirtau şəhərində yerləşən məşhur “ArcelorMittal” şirkətinə məxsus metallurgiya bazasının genişləndirilməsi, Orta Qazaxıstan Vilayətinin ən böyük alış-veriş mərkəzi olan “Kızılorda”Plazanın tikintisi vəAstana şəhərində “Astana-2” yarımstansiyasının bərpa işləri zamanıedilən əməkdaşlıqlar STP-nin Qazaxıstan portfelində əhəmiyyətli yerə sahibdir.
Regionun ən iri kabel zavodu!

STP-nin Kabel Zavodu 2009-cu ildən fəaliyyət göstərir və yarandığı gündən istehsal həcmi və məhsul çeşidinə görə regionun ən iri kabel istehsalçısıdır. Zavod həmçinin İfrat gərginlikli elektrik kabelləri, LAN və Fiberoptik kabel məhsullarının regionda yeganə istehsalçısıdır. Xüsusilə vurğulamaq lazımdır ki, 500 Kv-luq ifrat gərginlikli kabellər dünyada cəmi 6 ölkədə istehsal olunur.

 

Qeyd edək ki, regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə yanaşıxarici bazara da kifayət qədər məhsul ixrac etmək iqtidarındadır. Hazırda şirkətdə 2000 nəfər çalışır və Texnoparka daxil olan bütün müəssisələr Avropa və Yaponiya istehsalı olan ən yeni texnoloji avadanlıqlar ilətəchiz olunublar. Həmçinin Texnoparkın bütün zavodlarında Avropa istehsalı olan laboratoriyalar mövcuddur və onlar AZS ISO/IEC 17025-2009 standartlarına uyğun şəkildə akkreditə olunublar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !