Şair Tural Turanla görüş keçirildi - (+FOTOLAR)

Şair Tural Turanla görüş keçirildi (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

Aprelin 10-da Bakı Mühəndislik Universitetində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Tural Turanla tələbələrin görüşü baş tutub.
Görüşdə universitetin müəllim və tələbə heyəti iştirak edib. Tədbiri giriş sözü ilə universitetin müəllimi, istedadlı gənc tənqidçi Ülvi Babasoy açıb. O, tədbir iştirakçılarına Tural Turanın ədəbi yaradıcılığı haqqında məlumat verib. Yaradıcılığının məziyyətlərindən danışıb. Daha sonra universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Emin Ağayev Tural Turanın yaradıcılığındakı bədii ştrixlərdən bəhs edib. Müəllifin şeirləri haqqında fikirlərini səsləndirib. Onun ən yeni dövr müasir Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus üslub xəttinin olduğunu söyləyib.
Tədbirdə çıxış edən professor Akif Hüseynli Tural Turanın poeziyasından daha çox nəsr yaradıcılığının gələcəkdə böyük ümidlər vəd etdiyini vurğulayıb. Sonra tələbələr müəllifin şeirlərindən nümunələr səsləndiriblər. Şairin şeirləri haqqında fikirlərini bölüşüblər. Görüş maraqlı müzakirələrlə yadda qalıb.
Sonda şair Tural Turan müəllifi olduğu kitabları tələbə oxucuları üçün imzalayıb. Xatirə şəkili çəkdirilib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !