Azərbaycan Pakistandakı səfiri məruzə ilə Pakistan Universitetində çıxış edib - (+FOTOLAR)

Azərbaycan Pakistandakı səfiri məruzə ilə Pakistan Universitetində çıxış edib (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Pakistanın Hərbi Dəniz Qüvvələrinin nəznində fəaliyyət göstərən Bəhriyə Universitetində “Azərbaycan Diplomatiyasının 100 illiyi; Azərbaycan-Pakistan əlaqələri” mövzusunda məruzə ilə çıxış edib.
Səfir AzərbaycanDiplomatiyasının tarixi, yaranması, dövlətçiliyin möhkəmlənməsində, inkişafında, beynəlxalq aləmdə tanınmasındakı rolu, Azərbaycanın diplomatik missiyaların məqsəd və fəaliyyəti haqqında tələbələrə geniş məlumat verib. Səfir ADR-in sələfi sayılan müasir Azərbaycan Respublikasınınmüstəqilliyinin bərpası, ilk illərdə qarşılaşdığı çətinliklər, keçdiyi keçməkeşli yollar haqqında məlumat verərək bu çətinliklərin öhdəsindən gəlməkdə, Azərbaycanın müstəqilliyinin qorunub saxlanması və inamla irəliyə doğru addımlamasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu vurğulayıb. Tarix boyu Ermənistanın Azərbaycana qarşı daim təcavüzkar siyasət yürütməsi, azərbaycanlılara qarşı həyata keçirdiyi qətliamlar, soyqırımlar haqqındaməlumat verən Əli Əlizadəmüasir dövrdə də Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin davam etdiyini, BMT Təhlükəsizlik Şurasının və digər bütün nüfuzlu beynəlxalq təşkilatların qəbul olunmuş qətnamələrinə, tələblərinə məhəl qoymayan Ermənistanın region üçün bir təhlükəyə çevrildiyini bildirib.Səfir Azərbaycanın sosial-iqtisadi inkişafı, bütün sahələr üzrə əldə etdiyi nailiyyətlərdən bəhs edərək regionda Ermənistan kimi təcavüzkar qonşusunun, onun apardığı işğalçı siyasət nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkün vətəndaşının olmasına baxmayaraq Azərbaycanın Ermənistandan fərqli olaraqPrezident İlham Əliyevin müdrik rəhbərliyi altında dinamik inkişaf etdiyini, daxili siyasi-iqtisadi uğurlarla yanaşı xarici siyasət sahəsində dəAzərbaycanın uğurlarının artdığını, Azərbaycanın mövqeyinin dünya dövlətləri arasında günü gündən möhkəmləndiyini qeyd etmişdir.
Səfir Azərbaycan diplomatiyasında Pakistan İslam Respublikasıilə əlaqələrin önəmli yerinin olduğunu, Pakistanın Azərbaycanın ilk tanıyan dost və qardaş ölkələr sırasında dayandığını və daim hər iki ölkənin bir birini dəstəklədiyini vurğulayıb. Səfir iki ölkə arasında möhkəm siyasi və hərbi əlaqələr fonunda həyata keçirilən iqtisadi, ticari, elmi, mədəni, turizm, humanitar və sosial layihələrə diqqət çəkərəkəməkdaşlıqların daha da artırılmasının önəmini vurğulayıb. Səfir xalqlararası əlaqələrin də inkişafının sevindirici olduğunu, Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar və sosial yönümlü layihələrinin dostluq və qardaşlığın möhkəmlənməsinə öz tövhəsini verdiyini bildirib.
Çıxışdan sonra səfir Əli Əlizadə tələbələri maraqlandıran müxtəlif sualları da cavablandırıb, həmçinin, universitet televiziyasının proqramının qonağı olaraq Azərbaycan-Pakistan əlaqələrinin perspektivlərinə dair fikirlərini tamaşaçılar üçün bölüşüb.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )