Məhkəmələrdə 290 manat əmək haqqı alan İT mütəxəssisi... - - Osman Gündüz

Məhkəmələrdə 290 manat əmək haqqı alan İT mütəxəssisi... - Osman Gündüz

https://www.facebook.com/groups/1110444829106515/ 

 

Bu həftə ərzində bir neçə dəfə dövlət qulluğu vəzifəsinə iddia edənlərin MÜSAHİBƏ mərhələsində komissiya üzvü olaraq yenidən iştirak etdim.
Bu dəfə DİM Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə İT mütəxəssis (məsləhətçi-kompüter proqramçısı) inzibati vəzifəsinə (7-ci təsnifat üzrə vəzifə) iddia edənlərin müsahibəsini təşkil edirdi.
Xeyli iddiaçılar var.
Diqqət çəkən bəzi məqamları bölüşmək istərdim.
Həmin vəzifənin aylıq vəzifə maaşı 290 manatdır :)
Təbii ki, əmək haqqı yetərli olmadığından bu vəzifənin tələblərinə, qulluq funksiyalarının icrasına cavab verənlər də adətən az olur.
Güman ki elə bu səbəbdəndir ki adətən iddia edənlərin əksəriyyətinin İT sahəsində bilik və bacarıqları da yetərli olmur.
Həm də qəribədir ki, bir çox hallarda Universitetlərin kompüter –informatika üzrə bitirənlərin cavabları digər ixtisaslar üzrə olanlardan daha zəif olur.
Hansı ki suallar da yalnız əvvəlcədən elan edilmiş proqram əsasında verilir. Sonda iddiaçıdan da kənar sualların olmaması ilə bağlı rəyini soruşuruq. Əgər olarsa onun appelyasiya hüququ da var.
Elə son iki müsahibədə daha çox bal toplayanlar həm də qeyri-ixtisas sahəsinin nümayəndələri olub.
Eyni zamanda müsahibə komissiyasında iştirak edən məhkəmə nümayəndələri ilə söhbətdən belə anlamaq olur ki məhkəmə sistemində köməkçi personalın əmək haqları çox azdır.
290 manat əmək haqqı alan İT mütəxəssisdən “Elektron Məhkəmə” sisteminin tez və keyfiyyətli formada tətbiqini gözləmək sadəlövhlük olardı.
Ümid edirəm Prezidentin məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsi ilə bağlı Fərmanın icrasında bu məsələlərə də diqqət yetiriləcək.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !