Məhkəmə hüquq sistemində islahatlar və vətəndaş cəmiyyəti mövzusunda tədbir keçirib - (+FOTO)

“Məhkəmə hüquq sistemində islahatlar və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirib (+FOTO)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Milli-Qeyri Hökumət Təşkilatları Forumu (MQF) Hüquq Mərkəzi MQF Bakı QHT Resurs və Təlim Mərkəzində “Məhkəmə hüquq sistemində islahatlar və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında ” Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanın dövlətimizin, cəmiyyətimizin, həmçinin vətəndaş cəmiyyətinin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonra MQF Hüquq Mərkəzinin direktoru Rövşən Nəbiyev fərman barədə geniş məlumat vermiş və fərmanın tarixi, inqilabi əhəmiyyətə malik olduğunu bildirərək, fərmanda qeyd edilən əsas islahat tədbirlərinin ətraflı şəkildə izah edildiyini, fərmanda göstərilən vahid məhkəmə təcrübəsinin yaradılması, alternativ icra və ekspertiza qurumlarının yaradılmasının mümkünlüyü, hakimlərin müstəqilliyi, hakimlərin sosial müdafiəsinin yaxşılaşdırılması, vəkillərin səlahiyyətlərinin genişləndirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və digər mütərəqqi müddəaların ətraflı müzakirə olunduğunu qeyd edib.

Daha sonra Məhkəmə Hüquq Şurasının nümayəndəsi Seyfəlpaşa Əliyev, İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) nümayəndəsi Müqabil Mahmudov, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Orxan Həsənov, Ədliyyə nazirliyinin nümayəndəsi Kamil Mustafayev, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Aydın Axundov. MQF mərkəz direktorları:- professor Leyla Gərayzadə, Solmaz Əliyeva, Esmira Rəhimova, Cəsarət Hüseynzadə, Elçin Axundzadə, İbrahim İbrahimov və digər vətəndaş cəmiyyəti nümayəndələri fərmanın mütərəqqi əhəmiyyətə malik olduğunu vurğulamış və fərmandan irəli gələn tədbirlərin keçirilməsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !