İradə Gülməmmədovanın Pirəkəşkül kənd sakinləri ilə səyyar qəbulu keçirildi - (+FOTOLAR)

İradə Gülməmmədovanın Pirəkəşkül kənd sakinləri ilə səyyar qəbulu keçirildi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Pirəkəşkül kəndində sakinlərlə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, eləcə də xidmət təşkilatlarının rəhbərləri və KİV nümayəndələri iştirak edib.

Görüşdən əvvəl Pirəkəşkül kənd ortaməktəbin ərazisində şəhid Elçin Süleymanovun xatirəsinə ucaldılan abidəsi önünə tər çiçəklər düzülüb, Azərbaycanın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abşeron RİH başçısı İ.Gülməmmədova rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun məqsədinin ortaya çıxan problemlərlə yerlərdə tanış olmaq, araşdırmaq və həlli istiqamətində addımlar atmaq olduğunu bildirib. Səyyar qəbulların bundan sonra da davam edəcəyini vurğulayan başçı daha sonar Abşeronda həyata keçirilən quruculuq-abadlıq işlərindən danışıb. Rayonda kəndlərarası yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbi iqaz, elektrik enerjisi və su ilə təmin edildiyini deyən icra başçısı bu istiqamətdə həyata keçirilən işlərin davamlı olacağını, yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini ilə bağlı mühüm addımların atıldığını bildirib.

Daha sonra kənd sakinləri kəndin su probleminin həll olunmasında göstərdiyi köməkliyə görə icra başçısı İ.Gülməmmədovaya təşəkkürünü bildirərək qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin əhəmiyyətini vurğulayıblar. Sakinlər əsasən mənzillərə verilən elektrik enerjisinin gücünün artırılmasına, yeni salınan məhəllələrdə daxili yolların abadlaşdırılmasına köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !