AQTİ və AQTA-nın əməkdaşları İzmirdə təlim keçib - (+FOTOLAR)

AQTİ və AQTA-nın əməkdaşları İzmirdə təlim keçib (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

8-12 aprel 2019-cu il tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri Türkiyənin İzmir şəhərində yerləşən Qida və Heyvandarlıq İdarəsinin təşkilatçılığı ilə keçirilən 5 günlük təlimdə iştirak ediblər.
“HACCP tətbiqinin yoxlanması” çərçivəsində keçirilən təlimin ilk 2 günü nəzəri hissədən ibarət olub, HACCP-ın əsas prinsipləri, risk qiymətləndirilməsi, təhlükənin təhlili və nəzarət tədbirləri, həmçinin nəticələrin qiymətləndirilməsi mövzuları əhatə olunub.
Növbəti 3 gün “Şentaş” quru meyvə və “Sakıpağa” süd məhsulları istehsal edən müəssisələrdə HACCP standartına uyğun yoxlamalar tətbiq edilib, yekun nəticələrin müzakirəsi aparılıb.
Təlimin son günü iştirakçılara sertifikatlar təqdim olunub.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )