Amerikalılar sekslə getdikcə daha az məşğul olurlar. Niyə? -

Amerikalılar sekslə getdikcə daha az məşğul olurlar. Niyə?

https://www.facebook.com/groups/2159698127577601/ 

 

Son dövrlərdə keçirilən sosioloji sorğuların nəticələrinə görə, 2018-ci il ərzində hər dörd nəfərdən birinin (25 faizdən çoxunun) seksual partnyoru olmayıb.

 

Rəyi soruşulunların 15 faizi isə sekslə son 5 ildə məşğul olmadığını bildirib.

Bu, son 30 il ərzində rekord göstəricidir. İctimai Rəyi Öyrənmə Mərkəzi bu statistikanı 1988-ci ildən öyrənir.


Məntiqlə izah etsək, seksual aktivliyin azalmasının səbəbi əhalinin ümumi yaşlanmasıdır: 1946-1964-cü illərdə anadan olan "baby-boom" (doğuş bumu) nəsli seksdən təbii səbəblərə görə uzaqlaşır.

Amma alimləri təəccübləndirən budur ki, təxminən eyni sayda (23faiz) gənc respondent - yaşı 30-a qədər olan yetkin kişilər və qadınlar da son bir il ərzində seksual partnyorlarının olmadığını bildiriblər.

Bu, cəmi 10 il əvvəlki göstəricini 2 dəfədən də artıq üstələyən saydır.

 

Ata evi seks yeri deyil?


Populyar mədəniyyətdə milleniumçular (1981-ci ildən sonra doğulanlar) ən fəal sosial qrup kimi təsvir edilirlər.

Ancaq son sorğular bu təsəvvürü təkzib edir.

Mütəxəssislər hesab edilər ki, bu, indi amerikalıların yavaş böyüməsi, yetkin həyata gec başlaması, ata evini gec tərk etməsi və gec evlənməsiylə bağlıdır.

"Washington Post" qəzeti San-Dieqo Universitetinin psixologiya üzrə professoru Jane Twenge-ə istinadən yazır ki, "20-30 yaş aralığındakı şəxslərin getdikcə daha çox hissəsində birgə yaşadığı seks partnyoru yoxdur.


Ona görə də onlar sekslə az məşğul olurlar.

Sən valideynlərinlə bir yerdə yaşayırsansa, yəqin ki, yataq otağına seks üçün partnyor gətirmək çətin olar, elə deyilmi?"


Təəccüblü deyil ki, sonrakı yaş qrupunda bu göstərici əhəmiyyətli dərəcədə azalır: 30-40 yaş aralığındakı amerikalıların yalnız 7faizi il ərzində sekslə məşğul olmadığını bildirib.

40-50 yaş aralığındakı qrupda belələrinin sayı nisbətən çoxdur (9 faiz), 50-60 yaş aralığında isə bütöv bir ili seks partnyoru olmadan keçirənlər rəyi soruşulanların 13 faizini təşkil edib.


60 yaşdan yuxarı amerikalıların hər iki nəfərindən biri seks həyatına davam edir.

Son 20 il ərzində ümumi əhali sayında onların payı az qala 1,5 dəfə artıb.


"Son bir il ərzində SEKSLƏ MƏŞĞUL OLMADIQLARINI gənc kişilər gənc qadınlara nisbətən indi DAHA ÇOX etiraf edirlər.

Böyük ehtimal, bunun səbəbi kompüter oyunlarına və pornoqrafiyaya daha çox üstünlük verilməsidir.

Gənc kişilər mənə deyirlər ki, indi həm oyunlar, həm də pornofilmlər 20 il əvvəlkindən çox-çox keyfiyyətlidir".

Professor Twenge bu fikirlə ümumən razıdır:

"İndi axşam saat 10-dan sonra seçəcəyiniz məşğuliyyət variantları 20 il əvvəlkindən dəfələrlə çoxdur: onlayn informasiya xidmətləri, sosial şəbəkələr, kompüter oyunları və bir çox başqa şeylər".

Nikolay Voronin
Elm və texnologiya məsələləri üzrə müxbir, BBC Rus Xidməti

 

BBC AZƏRBAYCANCA

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )