Ləkələnmiş adla yaşaya bilməyən Saşa haqqında... - - Yadigar Cəfərli xatırlatdı

Ləkələnmiş adla yaşaya bilməyən Saşa haqqında... - Yadigar Cəfərli xatırlatdı

 https://www.facebook.com/groups/1110444829106515/

 

Hardasa 80-ci illərin ortaları olardı.

Deyəsən, burasını indi dəqiq xatırladım: 1986-cı il.

“Azərbaycan” jurnalında mərhum şairimiz Bəxtiyar Vahabzadənin “Ləyaqət” adında poeması çıxmışdı. Həm çox maraqlı idi, həm də bir o qədər kədərli.

Mövzusu real hadisədən gəlirdi.

Poema səhv eləmirəmsə, Moskvada özünü asmış Saşa adlı 13 yaşlı şagirdə həsr olunmuşdu.

O günlərin "Komsomolskaya pravda" qəzetində də həmin müdhiş hadisə ilə bağlı "Saşa" sərlövhəli böyük bir yazı getmişdi.

Görün, faciə necə sarsaq bir səbəbdən baş verir?!

Saşa mağazada növbəyə durub kəsmik alırmış. Bu anda arxadan kimsə ona anasının xəstəxanaya düşdüyünü deyir. Uşaq həyəcandan pulu ödəməyi unudur. Tələsik mağazadan çıxmaq istəyəndə isə satıcı qadın yapışır xirtdəyindən ki, “hara qaçırsan, oğrunun biri oğru”.

Uşaq and-aman edir, amma heç cür inandıra bilmir ki, belə deyil.

Mağazada da bir sürü adam.

Zalım satıcı dərhal zəng edir, milislər tökülüb gəlir. Saşanı idarəyə aparıb izahatını alırlar. Bir də belə hərəkətə yol verməməyi tapşırırlar.

Saşa isə axşam evə qayıdıb özünü asır və məktubunda yazır ki, mən belə ləkə ilə daha yaşaya bilmərəm.

Bəzən həyatda elə hadisələr baş verir ki, onlara necəsə münasibət bildirməyə çox çətinlik çəkirsən.
Bütün sualların havadan asılı qalır.

Körpələrə sevgi göstərmək, inanmaq, dəstək olmaq, həyatda nəyin düz, nəyin yanlış olduğunu vaxtında anlatmaq bundan daha asandır.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )