Bağışlayın e, vaxtınızı alıram, deməzsiniz... - - Aydın Canıyev incə məqamlara toxundu

Bağışlayın e, vaxtınızı alıram, deməzsiniz... - Aydın Canıyev incə məqamlara toxundu

https://www.facebook.com/groups/1110444829106515/ 

 

Bir çinli ilə bir yəhudi yol gedirlər. Çinli gileylənir ki, sayınız nə qədərdi ki, hara baxırsan yəhudidir. Yəhudi "2 milyonuq" deyir. İndi də yəhudi çinlilərin sayını soruşur. Çinli "2 milyardıq" deyir. Yəhudi kinayə ilə:
- Deyirəm axı, gözə dəymirsiniz!
Əmir Teymurun toxum-tayfasından ölkəmizdə olub-qalan varsa, deməyim, yoxdusa deyim:
10 milyonuq... erməniyə 1802-ci ildən bu yana uduzuruq - hələ indi 3 milyona çatıblar, bizim təkcə Rusiyada sayımız 4 milyondur!
Heç ərəb qədər də olmadıq - bir bahar yaşayaq!
Heç gürcü qədər də olmadıq - bir qızılgülü şərəfləndirək.
Heç qırğız qədər də olmadıq. Ki... - bir Rozamız olsun! Kürşad Təkinimizi Gül Təkinimiz əvəzləyib :(
Amma... üç imperiya qurmuşuq, 17 imperiya dağıtmışıq, 7 respublikamız var, 300 milyon sayımız!
Biz gözləyirik haçan hansı kişi arvadıynan yatacaq, 7, 8, 9, 10 milyonuncu dünyaya gələcək, gedib sertifikat verəcəyik.
Bu millət üçün, bu vətən üçün döyüşən oğlanların, qızların həbsə atıldığı məmləkətdə kimin gəlişinə sevinərlər ağalar? Əlbəttə ki... qulun!
Yeri gəlmişkən, o Nəsiminin dərisini soyan oğlanın adını öyrənməyibsiniz?
Qulun adı tarixə yazılmır, qula əmr edən qalır tarixdə!
Belə də ki, bağışlayın, vaxtınızı aldım... yuxunuz şirin olsun, şirin-şirin yatın! Səhərəcən də buralarda fırlanmayın - elə bil offşorlardakı banklarda dövriyyədəki pullar sizindir, Çexiyada, İngiltərədəki obyektlər sizindir, rahat-rahat burda status oxuyub, hələ bir şərh də yazırsınız!
Yəhudilər deyirlər ki, yəhudi pulun dalınca qaçmaz, oturar, düşünər tapar ki, necə eləsin, pul özü ayağına gəlsin!
Bir az yəhudiləşin! Sürətlə "kitayski" oluruq, xəbəriniz varmı?

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )