Rədd olsun rüşvət alanlar! - - Aida Eyvazovanın etirazı

Rədd olsun rüşvət alanlar! - Aida Eyvazovanın etirazı

https://www.facebook.com/groups/1110444829106515/ 

 

Tutaq ki, 162 saylı məktəbin direktoru Təcili yardımı köməyə çağıranda, Elinanın zəhərləndiyini deyib. Bəs Təcili yardımın həkimləri hara baxırdı? Axı yardıma gələn həkimlər xəstəni yerindəcə müayinədən keçirib, bilməlidirlər ki, onu hansı xəstəxanaya, hansı şöbəyə yerləşdirmək lazımdır. Bilirsiniz niyə belədir? Azərbaycan Tibb Universiteti savadlı həkimlər yetişdirə bilmir. Ölkədəki xəstəxanalarımızda işləyən ən istedadlı həkimlərin adının əvvəlinə uzman yazırlar indi. Yəni ki, təhsilini başqa yerdı alıb. Bu günlərdə onu da öyrənimişəm ki, hətta gecəsini günüdüzünə baxıb Tibb Universitetinin divarları arasına oxuyan tələbələrimiz də təcrübə keçməyə getdikləri xəstəxanalarda, həkimlər tərəfindən qəbul edilmirlər. Çünki həkimlər onların qarşısında müəyyən ödəniş qoyur. Bu təcrübə ödənişinin ilkin qiyməti 500 manatdan başlayır. Belə olanda, illərini kitablara verən tələbəmiz nə öyrənsinz, harada öyrənsin. Niyə təhsilimiz, səhiyyəmizi bu günə qoyursunuz. Sumqaıt Dövlət Universitetini bitirən hər ks yanvar ayından etibarən diplounu almaq üçün universitetə 1000 manata yaxın pul ödəyir ki, dövlət imtahanına buraxılsın. Bunu etməsə, hər hansı bir formada imtahanda çətinkik yaradılır. Diplomlar tələbələrə universiteti bitirəndən 6 ay, 1 il sonra verilir? Bu necə sistemdir? Bu nə fırıldaqdır axı təhsildə yer alıb? Məgər diplom tələbəyə ali təhsil ocağını bitirn kimi verilməməlidir?
Bəlkə elə həmin tələbə sənətinə uyğun iş yeri tapıb? Niyə universiteti bitirən tələbə yenidn gedib DİM-də imtahan verməlidir? Belə çıxır ki, oxuduğu təhsil ocağı ona heç nə öyrətməyib? DİM-də uyğnluq və fərq imtahanını adətən bir peşədən başqa peşəyə keçən, və ya başqa ölkədə təhsil alıb gələn şəxs verməlidir. Bu bütün dünyada belə qəbul olunub. Təhsilimizi bazara, alver yerinə döndərənlər, nə vaxta qədər ölkənin ən strateji düşərgələrindən özünüzə var dövlət yığmaq üçün , vəzifə kreslolarında əyləşmək üçün istifadə edəcəksiniz? Ölkə rəhbərimiz Azərbaycanın bütün rayonlarında ən müasir texnologiyalar tətbiq olunmuş avadanlıqlar yerlədirilmiş xəstəxanalar açır. Açılışında ağ xalat geyinmiş bərli-bəzəkli həkimlər şəkil çəkdirirlər. Xəstəxana fəaliyyətə başlayan kimi, alver başlanır. Elə bir xəstəxana mövcud deyil ki, oraya pul verməmiş keçəsən. Şəxsiyyət vəsiqəsinin üzünün köçürülməsindən, onkologiyada aparılan, doğum evlərində olan bütün əməliyyatlar xəstədən pul alınmaqla həyata keçirilir. 6 ay bundan əvvəl bir taanışımız Mehriban xanım Əliyevaya gələcək doğuşu haqqında məktub yazmışdı. Bəli, o qadın dünyaya sağ-salamat körpə gətirdi. 6 ay müddətində Bayıldakı 5 saylı doğum evinə gedib gəldi, 1 manat da xərci çıxmadı. Hətta doğuşu da pulsuz həyata keçirildi. Yəni xəstəxanalara pul ödəməmək üçün hamı prezidentə, I vitse prezidentə müraciət etməlidir?
Niyə təhsilimizi və səhiyyəmizi rüşvətdən təmizləmək üçün qəti addımlar atmırıq? Pullu xəstəxanalara bir sözüm yoxdur, ancaq dövlət xəstəxanalarından, poliklinikalardan rüşvətin yığışdırılması üçün Korrupsiya üzrə mübarizə İdarəsi, Milli Məclisin deputataları dayanmadan tədbir görülməsi üçün təkliflər versinlər. Ümumiyyətlə isə, təhsil və səhiyyə sistemində yanaşmanı dəyişmək lazımdır. Doğulandan, oxuyub qurtarana qədər rüşvət verən vətəndaşdan bu vətənə daş olmayacaq. Millətimizin gene fondunu məhv etməyin. Ölkə başçısına kömək olun ki, bu Vətəni quraq, rüşvətxorları ifşa edin. müəlliməsindən, həkiminə qədər, həkimindən məhkəməsinə hakiminə qədər... Rədd olsun rüşvət alanlar!!!

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !