Uşaqların düzgün tərbiyə edilməsinin 7 yolu - - Təranə Məmmədova

Uşaqların düzgün tərbiyə edilməsinin 7 yolu - Təranə Məmmədova

1.Çalışın övladınıza xoş gəlməyən xəbərləri ona yaxşı tərəfindən çatdırasınız. Bağçaya getməyi sevmirsə, səhər övladımızı sevərək oyadırıq və deyirik ki, gəl bağçaya indi yox bir saat sonra gedək, indi isə bir az uzanaq, oynayaq, sonra vaxtımız çatanda gedərik.

2. Övladınıza qadağalar qoymaq əvəzinə, öz davranışlarının mənfi və müsbət nəticilərindən dərs çıxarmasına imkan yaradın. Əgər uşaq oyuncaqların otağa dağıtmaq istəyirsə, səsinizi qaldırıb qadağa qoymaqdansa, onunla şərt kəsin ki, oynadıqdan sonra onları özün toplamalısan. Növbəti dəfə artıq oyuncaqlarını dağıtmaq istədik də, nəticəni öncədən bilmiş olduğu üçün bunu etməyəcək. Əlbəttə ki, hər şeyə belə asanlıqla icazə vermək olmaz, amma nəticiləri dəyişdirmək mümkündürsə, öyrənməsinə imkan yaradın.

3. İcazə vermədiklərinizin yerinə mütləq başqa bir şey təklif edin. Bu halda uşaq rədd edilməni daha asan yaşayacaq.

4. Əgər istəyirsinizsə övladınız sizin hakimiyyətinizi hiss etsin, o zaman onun önündə bu hakimiyyəti şübhə altına salmayın. Uşaq valideyinlərinin bir-birinə necə irad bildirdiyini gördükdə hesab edir ki, bu onun üçün də keçərlidir.

5. Uşaq ailənin hansısa bir fərdinə neqativ yanaşırsa, çalışın onu bezdirmədən həmin insan üçün hər hansı bir qayğıkeş hərəkət etməsinə yola gətirəsiniz. Uşaq kimin üçünsə yaxşılıqlar etdik də, həmin adamla olan münasibəti də yaxşılaşır.

6. Övladınıza irad bildimədən öncə onun etdiyi yaxşı hərəkətləri vurğulamağa çalışın. Belə olduğu halda, o sizə qulaq asmağa meyillənəcək.

7. Nəyisə qadağa etdik də, bunun açıqlamasın gətirin və nəticələri başa salmağa çalışın. “Biz indi bağçaya getməsək, ana işə gedə bilməyəcək, rəhbərsə onu danlayacaq və işdən uzaqlaşdıracaq, biz də pulsuz qalacıyıq, belə olsa yayda dənizdə istirahət edə bilməyəciyik”.  

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )