İradə Gülməmmədova şəhid anaları ilə görüşdü - (+FOTOLAR)

İradə Gülməmmədova şəhid anaları ilə görüşdü (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Öz qələbəsi, əks-sədası ilə Azərbaycan tarixinə düşmüş 2016-cı ilin Aprel döyüşləri bizim qalibiyyətimiz, zəfər salnaməmizdir. Bu ilk həmin şanlı döyüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşüb şəhid olmuş Baxşəliyev Rəşid Əliyağa oğlunun şəhidlik adlı zirvəyə yüksəldiyi gündən 3 il ötür. Bununla əlaqədar olaraq şəhidin məskunlaşdığı Abşeron Gənclər Şəhərciyində il dönümü mərasimi keçirilib. Mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, vətən torpaqlarının azadlığı uğrunda mübarizədə şəhid olan və yaralanan hərbçilərin anaları, şəhidin döyüş yoldaşları, yaxınları, doğmaları, rayon ictimaiyyəti iştirak ediblər.

Mərasimdə şəhidin ruhuna dualar oxunub, döyüş yolundan danışılıb, ehsan verilib.

Şəhid anaları ilə görüşən İ.Gülməmmədova onlara və doğmalarına dərin hüznlə başsağlığı verib. Başçı qeyd edib ki, şəhidimiz Baxşəliyev Rəşid Əliyağa oğlunun uca bir məqama - şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötməsinə baxmayaraq o, daim bizim qəlbimizdə yaşayır. Onun əziz xatirəsi hər zaman yad edilir. Çünki Rəşid təkcə ata və anasının deyil, eyni zamanda, bu elin-obanın, bütöv Azərbaycan xalqının oğludur. Şəhidlərimiz elə bir şanlı yol keçiblər ki, başda ölkə rəhbəri olmaqla bütün Azərbaycan xalqı onlarla fəxr edir.

İcra başçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı sayəsində qısa bir zamanda ordumuzun qazandıqları nailiyyətlərdən söz açıb. Qeyd edib ki, aprel döyüşləri bizi Qarabağda böyük qələbəyə aparan şanlı yolun başlanğıcıdır.

Şəhidin anası Çimnaz Baxşəliyeva şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə özünün və ailəsinin adından dərin minnətdarlığını bildirib.
Xanım başçı şəhid ailələri ilə görüşündə onların qayğı və problemləri ilə maraqlanıb.

 

Allah şəhidimizə rəhmət eləsin!

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !