Festival qalibləri mükafatlandırıldı - (+FOTOLAR)

Festival qalibləri mükafatlandırıldı (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə XII “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı keçirilib.

Festivalda iştirak edən BMU-nun tələbələri milli rəqs (solo), müasir rəqslər (kollektiv) və klassik musiqi nominasiyaları üzrə II yerə layiq görülüblər.

Universitetin rektoru, professor Havar Məmmədov festivalda iştirak edən tələbələrlə görüşüb, onları göstərdikləri yüksək nəticələrə görə təbrik edib. Rektor çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gənclər siyasətini möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini, bu sahədə görülən işlər haqqında məlumat verib.

Rektor universitetlərin işinin yüksək təhsil verməklə bitmədiyini, tələbələrin hərtərəfli kadr kimi yetişməsində görməli olduğu işləri xüsusi vurğulayıb, bu missiyanı tələbə təşkilatları və dərnəkləri uğurla yerinə yetirdiyini bildirib. Professor H.Məmmədov festivalda BMU-nun yaradıcı tələbələrini ölkənin ali təhsil müəssisələri arasında bir neçə nominasiyada mükafatçılar sırasında olmalarını yüksək qiymətləndirib, tələbələri mükafat və fəxri fərmanla təltif edib.

Qeyd edək ki, festivalın keçirilməsində məqsəd yaradıcı və istedadlı gəncləri üzə çıxartmaqdır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !