Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində BDU-da seminar keçirilib - (+FOTOLAR)(YENİLƏNDİ)

Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində BDU-da seminar keçirilib (+FOTOLAR)(YENİLƏNDİ)

 AZpress.AZ xəbər verir ki, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans (IDEC) çərçivəsindəBakı Dövlət Universitetində ilk seminar keçirilib.

BDU-nun rektoru Elçin Babayevkonfransın keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamından bəhs edib, müasir dövrün sosial bəlalarından olan və bütün dünyanı narahat edən narkomaniya problemindən,ölkəmizdə narkomanlığa qarşı mübarizə üzrə beynəlxalq standartlara uyğun qanunvericilik tədbirlərindən vəbu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərindən danışıb.

Problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi yeniyetmə və gənclər arasında maarifləndirmə işinin təşkilinin vacib məsələ olduğunu diqqətə çatdıran rektor seminarın işinə uğurlar arzulayıb.

Sonra Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin San Dieqoda fəaliyyət göstərən əməkdaşı, IDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı RokiHerron“Mən öz gələcəyimi seçirəm” mövzusunda təqdimat edib. O, Amerika Birləşmiş Ştatlarında narkomaniya ilə bağlı vəziyyətin ağırlığından, onun qurbanlarının ilbəil artmasından bəhs edib. Məlum olub ki, əgər 1990-ci illərdə ABŞ-da 10 min gənc bu bəladan əziyyət çəkirdisə, 2007-ci ildə bu rəqəm 35 min, 2018-ci ildə 72 min olub. 2019-cu ildən isə bu göstəricinin 80 min olacağı gözlənilir.

Tədbirdə Kolumbiyanın Narkotiklərlə Mübarizə İdarəsinin Boqotada fəaliyyət göstərən əməkdaşı Bobi Lukas narkomaniyanın qarşısının alınması yolları və üsulları barədə məlumat verib.

Seminar tələbə, müəllim və qonaqların çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.

Qeyd edək ki, 1983-cü ildə əsası qoyulan konfrans sonradan 130-dan çox ölkədən olan nümayəndələrin iştirakı ilə keçirilən ümumdünya forumuna çevrilib.

Aprelin 17-dək davam edəcək Bakı konfransında narkotiklərlə mübarizə üzrə müzakirələr aparılacaq, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar veriləcək.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O   
çəkilişlərini aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L       E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
* * *
 
 
 
 
 
 
 
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!