Miri Yusif üçgünlük solo konsert barədə danışıb - (+FOTO +VIDEO)

Miri Yusif üçgünlük solo konsert barədə danışıb (+FOTO +VIDEO)

 Populyar müğənni, Azərbaycanın Əməkdar artisti Miri Yusif öz pərəstişkarları üçün üçgünlük bayram hazırlayır:iyunun 7-də, 8-də və 9-da “Yaşıl teatr”ın səhnəsində bu artistin solo konserti barədə xəbərdən sonra Azərbaycan şou-biznesin bu gənc artistin sənətinə böyük maraq olması barədə yenidən danışmağa məcbur olub, öz kumirləri ilə canlı ünsiyyət üçün çox darıxmış fanatlar isə hədsiz seviniblər: axı, Miri Yusifin pərəstişkarları onunla axırıncı dəfə keçən ilin iyul ayında elə həmin “Yaşıl teatr”da görüşüblər.
“SS-production” şirkətinin təşkilatı dəstəyi ilə keçiriləcək yeni konsertin Azərbaycan şou-biznesində ilin əsas hadisəsi olacağı gözlənilir. Bu gün “SS-production” şirkətinin Instagramsəhifəsində çox maraqlı bir video yerləşdirilib. Miri Yusif öz yaradıcılığının mühüm tərkib hissələri barədə danışır, onun nəzərində tamaşaçı, yaradıcılıq, mahnı və üçgünlük solo konsertin əhəmiyyəti barədə suallara cavab verir.

 

www.instagram.com/p/BwRLZOgFTCx/

 

Artist qarşıdakı şouya hazırlıq prosesi barədə fikirlərini öz Instagrambloqunda paylaşır. Elə həmin səhifədə o, proqramın məzmunu barədə yenilikləri də açıqlayır. Məlum olur ki, Miri Yusif konsertə gələnləri yeni mahnılarla da sevindirmək istəyir. Artist bütün tamaşaçıların çoxdan xoşladığı hitlərlə yanaşı, həm də yeni mahnılar ifa edəcək. Belə mahnılardan birini (“RUZİGAR” mahnısını) müğənni yaxın vaxtlarda öz YouTubekanalında təqdim edib.

 

youtu.be/PiEj24Vloyk

 

Qeyd edək ki, artistin yeni konsert proqramı onun pərəstişkarları üçün əsil hədiyyə olacaq. Miri Yusif bu konsertin pleylistini öz fanatları ilə birgə formalaşdırır. Onlar artistin Instagrambloqunda və sosial şəbəkələrdəki rəsmi səhifələrində öz arzularını birdirirlər. Beləliklə, heç kəs inciməyəcək – hər kəs Miri Yusifin ifasında öz sevimli mahnısını dinləyəcək.

 

www.instagram.com/p/Bv3d3_1FJ3f/

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !