İtaliya mətbuatı 10 milyonuncu Azərbaycan vətəndaşından yazır -

İtaliya mətbuatı 10 milyonuncu Azərbaycan vətəndaşından yazır

https://www.facebook.com/groups/250993438794052/ 

 

İtaliyanın “Notizie Geopolitiche” gündəlik xəbər portalında Roma Sapienza Universitetinin dosenti Daniel Pommierin “Azərbaycan. 10 milyonuncu vətəndaş dünyaya gəlir. Cənubi Qafqazda əhalinin artımı və siyasət” başlıqlı məqaləsi dərc olunub. Məqalədə 6 aprel 2019-cu il tarixində Azərbaycandakörpə qızın dünyaya gəlməsi ilə ölkə əhalisinin sayının 10 milyona çatdığı, sözügedən xəbərin medianın geniş diqqət mərkəzində olduğu, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın yeni doğulmuş körpə və onun ailəsi ilə görüşdüyü,dünyaya gələn körpənin valideynlərinin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdən məcburi köçkün olduqları qeyd olunur.

Müəllif hər bir ölkədə əhalinin artımı məsələsinin xalqın mövcudluq hüququ və müstəqillik yolunu təsdiq etməsi ilə paralellik təşkil etdiyini vurğulayır, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsi vaxtıAzərbaycanın7 milyon əhalisi olduğu halda, bu sayın 2010-cu ildə 9, cari ilin 6 aprelində 10 milyona çatdığını bildirir və demoqrafik artımın ölkənin ümumi inkişafının tərkib hissəsi olduğunu vurğulayır. Məqalədə Prezident İlham Əliyevin sözlərinə istinad edilərək Azərbaycanda son 15 il ərzində əhalinin 1,7 milyon nəfər artdığı, bunun ölkənin gücünü, qüdrətini artırdığı, eyni zamanda ölkədə sosial-iqtisadi inkişafın getdiyini göstərdiyi və əhalinin artımının birbaşa sosial vəziyyətlə bağlı olduğu vurğulanır. Müəllif, habelə vurğulayır ki, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsinə səbəb olan Ermənistanla 25 ildən artıq münaqişənin mövcudluğuna baxmayaraq, Azərbaycanda sosial-iqtisadi və demoqrafik inkişaf davam edir.

Məqalədə dünya əhalisinin vəziyyətinə dair BMT-nin 2019-cu il hesabatında demoqrafik məsələlərin Minilliyin Dayanıqlı Inkişaf Məqsədləri ilə əlaqələndirilməsinin təsadüfi olmadığı, BMT-nin hesabatında Azərbaycana dair bütün müvafiq statistik göstəricilərin müsbət olduğu, hazırda ölkəmizdə əhalinin demoqrafik meyarlarının iqtisadi və sosial inkişafla balans təşkil etdiyi vəAzərbaycanda demoqrafik ekspertlərin "demoqrafik bonus" aldandırdığı insan inkişafının xoşbəxt bir dövrünün yaşandığı bildirilir.

 

Məqaləyə keçid aşağıdakı link vasitəsilə mümkündür:

 

https://www.notiziegeopolitiche.net/azerbaijan-nasce-il-diecimilionesimo-cittadino/

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !