Ekologiya və Təbii Sərvətlər Nazirliyində dəyirmi masa keçirilib - (+FOTO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyində dəyirmi masa keçirilib (+FOTO)

 AZpress.AZ xəbər verir ki, “Ölkə ərazisində su ehtiyatlarının hazırki vəziyyətinin qiymətləndirilməsi və idarə olunması koordinasiyasının daha da təkmilləşdirilməsi” mövzusunda 17 aprel 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində dəyirmi masa keçirilib.

Tədbirdə Fövqəladə Hallar, Kənd Təsərrüfatı Nazirliklərinin, Su Təsərrüfatı və Meliorasiya, “Azərsu”, “Azərenerji” ASC-lərin və AMEA-nın nümayəndələri iştirak edib.

Görüşdə hidrometeoroloji şəbəkənin modernləşdirilməsi, 2019-cu ilin mart ayında aparılan qarölçmə işlərinin nəticələri, yaz-yay gursululuq dövrünün proqnozu, gursululuq dövrünə hazırlıq, yarana biləcək hər hansı risklərə qarşı dayanıqlığın təmin edilməsi və sahələrarası koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )