YUĞ Teatrının kollektivi Prezidentin Sərəncamını sevinclə qarşılayıb -

YUĞ Teatrının kollektivi Prezidentin Sərəncamını sevinclə qarşılayıb

https://www.facebook.com/groups/250993438794052/ 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan teatrlarının
inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında daha bir Sərəncam
imzalayıb. Sərəncamda deyilir: Azərbaycan teatr ənənələrinin qorunub saxlanılması və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 1,2 milyon manat, o cümlədən Azərbaycan Dövlət “Yuğ” Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Qazax Dövlət Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Qax rayonu Gürcü Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı və Salyan Dövlət Kukla Teatrının hər birinə 100 min manat ayrılsın.

 

Dövlət başçısının bu Sərəncamı teatr xadimlərinin sevincinə səbəb olub.
Azərbaycan Dövlət “Yuğ” Teatrının kollektivi də Prezindetin Sərəncamını böyük
sevinc və minnətdarlıq hissi ilə qarşılayıb. Prezidentin Sərəncamı ilə bağlı teatrda
toplantı keçirilib. Toplantıda çıxış edən teatrın direktoru Əməkdar mədəniyyət işçisi
İslam Həsənov və baş rejissor Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə
ölkədə teatr sənətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, bu sahədə
həyata keçirilən böyük islahatlardan danışıblar. Qeyd olunub ki, Prezident İlham
Əliyev və xanımı Mehriban Əliyevanın mədəniyyət və incəsənət işçilərinin bir qrupu
ilə görüşü və bu görüşdə dövlət başçısının mədəniyyət xadimlərinin təkliflərini,
arzularını, problemlərini dinlədikdən sonra teatr, kino və musiqi sahəsində həyata
keçirilən islahatlar artıq öz müsbət nəticələrini göstərməkdədir. Görüşdən bir neçə
gün sonra Rus Dram Teatrına və Musiqili Teatra akademik statusu verilib. Teatr
işçilərinin əməkhaqları əhəmiyyətli dərəcədə artırılıb. Bir sıra teatrlarımıza maliyyə
vəsaiti ayrılıb. Çox şadıq ki, Azərbaycan Dövlət “Yuğ” Teatrı da dövlət başçımızın
diqqətindən kənarda qalmayıb. 18 oktyabr 1989-cu ildə Akademik Milli Dram
Teatrının nəzdində qüdrətli sənətkarlar Vaqif İbrahimoğlu və Həsənağa Turabov
tərəfindən studiya kimi yaradılan, sonralar dövlət statusu alan “Yuğ” Teatrı milli teatr
mədəniyyətində özəl çəkiyə malikdir. Bu il 30 yaşını qeyd edən teatr fərdi estetikası,
özünəməxsus dəsti-xətti, poetikası olan teatrlardandır. Yarandığı gündən milli teatr
ənənələrindən bəhrələnən, xalq oyun-tamaşa mədəniyyətini Avropanın qabaqcıl teatr
tendensiyaları ilə üzvi şəkildə birləşdirən “Yuğ” Teatrı bir çox xarici festivallarda
ölkəmizi uğurla təmsil edib və bu gün də etməkdədir. Teatrda milli və xarici
klassiklərin, eləcə də müasir müəlliflərin əsərləri əsasında 150-yə yaxın tamaşa
hazırlanıb. “Yuğ” teatrı və onun yaradıcısı Vaqif İbrahimoğlu Azərbaycan teatrı üçün
böyük rejissor və aktyor nəsli yetişdirib. 2016-cı ildən etibarən Dövlət Kukla
Teatrının binasında fəaliyyətini davam etdirən “Yuğ” Teatrı həmişə milli məfkurəyə,
azərbaycançılıq ideyasına sadiq qalıb və bu gün də Azərbaycan teatrının milli
ənənələr üzərində inkişafı, dünya miqyasında tanınması üçün əlindən gələni
əsirgəmir.
Son günlər ərzində dövlət miqyasında teatr sənətinə göstərilən xüsusi diqqət və
qayğı, teatr xadimlərinin bir sıra problemlərinin həllinə, maddi rifah halının
yüksəldilməsinə yönəlmiş addımlar, o cümlədən cənab Prezidentin müvafiq
Sərəncamı kollektivimizin gələcəyə daha nikbin baxmasına zəmin yaradır. İnanırıq
ki, hər zaman sənətin və sənətçinin yanında olan dövlətimiz bundan sonra da, bütün
teatrlar kimi, Azərbaycan teatr şəbəkəsində özünəməxsus yerə malik olan, heç bir
teatra bənzəməyən 30 yaşlı YUĞ Dövlət Teatrının da qorunub-saxlanılması və
yaradıcı inkişafı baxımından zəruri olan hər bir addımı atacaq. Bu Sərəncam teatrın
bir çox problemlərinin həllinə yardımçı olacaq və kollektivimiz maddi problemlərdən
qurtularaq öz yaradıcı faəliyyətini daha böyük əzmlə davam etdirəcək.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !