AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib - (+FOTOLAR)

AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. O, Azərbaycan elminin inkişafında əvəzsiz xidməti olan alimlərin adına xatirə nişanlarının təsis olunduğunu şura üzvlərinin diqqətinə çatdırıb.

İclasda Riyaziyyat və Mexanika İnstitutunun II kurs magistrantlarının dissertasiya müdafiəsinin təşkili məsələsinə baxlıb. "Riyazi analiz", "Diferensial tənliklər", "Optimallaşdırma və optimal idarəetmə", "Riyazi fizika" ixtisaslları üzrə ixtisaslaşdırılmış müdafiə şurasının tərkibi təsdiq edilib. Qeyd edək ki, ixtisaslaşdırılmış müdafiə şurasının sədri f-r.e.d., prof. Telman Məlikov, sədr müavini r.e.d., prof. Ədalət Axundov, üzvləri AMEA-nın müxbir üzvü,prof. Vaqif Quliyev, AMEA-nın müxbir üzvü, prof. Bilal Bilalov, f.r.e.d., prof. Əkbər Əliyev, f.r.e.d., prof. Məmməd Bayramoğlu, f.r.e.d., prof. Hamlet Quliyev, f.r.e.d., prof. Rafiq Tağıyev, f-r.e.n., dos. Əbdürrəhim Quliyev və f-r.e.n., dos. Şirmayıl Bağırovdur.

Sonra institutun doktorant və dissertantlarının attestasiyası keçirilib. Attestasiyada doktorantura yolu ilə fəlsəfə doktorluğu hazırlığı üzrə müvafiq ixtisaslar üzrə 7(əyani), dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 13, dissertantura yolu ilə elmlər doktoru hazırlığı üzrə 9 nəfər iştirak edib.
Sonda M. Mərdanov doktorant və dissertantların elmi fəaliyyətinin gücləndirilməsi ilə bağlı tövsiyələrini bildirib.


Aynurə M. Cəfərova

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !