Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr keçdikləri istehsalat təcrübəsi haqqında öz təqdimatları ilə çıxış etmişlər - (+FOTOLAR)

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr keçdikləri istehsalat təcrübəsi haqqında öz təqdimatları ilə çıxış etmişlər (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 18-19 aprel tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Bakı Dövlət Universitetinin 4-cü kurs tələbələri keçdikləri istehsalat təcrübəsi haqqında öz təqdimatları ilə çıxış etmişlər. Tədbiri giriş sözü ilə Molekulyar Biologiya və Biotexnalogiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova açmışdır. O dövlət başçımızın elmə göstərdiyi diqqəti xüsusi qeyd edərək gənclərimizə elm yolunda uğurlar arzuladı. İradə Hüseynova bildirdirdi ki artıq 2-ci ildir ki BDU-nun tələbələri bizim institutumuzda elmi praktika keçirlər. O qeyd etdi ki bu ənənə hələ keçən əsrin 70-ci illərində akademik Cəlal Əliyev tərəfindən qoyulmuşdur. Tədbirdə BDU-nun rektoru Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev və biologiya fakültəsinin dekan müavini Səbinə Ömərova da iştirak etdilər. Elçin Babayev tələbələr üçün yaradılan şəraitə görə institutun direktoru akademik İradə Hüseynova başda olmaqla bütün institut heyətinə təşəkkürünü bildirdi. Daha sonra Bioadaptasiya, Xloroplasların fotokimyası, Karbonun fotosintetik assimilyasiyası, Bitki biotexnalogiyası Genomun quruluşu və ekspressiyası laboratoriyalarında təcrübə keçmiş tələbələr çıxış edərək verilən sualları ətraflı cavablandırdılar. Sonda isə başda institut rəhbərliyi olmaqla alimlərimiz tələbələrin çıxışlarını müzakirə edərək yüksək qiymətləndirdilər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !