Hüquqşünas tələbələr üçün “VII Yay Təcrübə Proqramı” təşkil olunur -

Hüquqşünas tələbələr üçün “VII Yay Təcrübə Proqramı” təşkil olunur

https://www.facebook.com/groups/250993438794052/ 

 

"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" “Hüquqşünasların VII Yay Təcrübə Proqramı” na start verir. Yay Təcrübə Proqramı hüquqşünas tələbələrin nəzəri biliklərinin təcrübə ilə daha da möhkəmlənməsinə, onların praktiki olaraq hüquq sahəsində lazımı məlumatlara yiyələnməsinə xidmət edəcəkdir. Yay Təcrübə Proqramı çərçivəsində hüquqşünas tələbələr Bakı şəhəri və regionlardakı məhkəmələrdə, prokurorluq və polis orqanlarında, özəl hüquq şirkətləri və bir neçə dövlət müəsisələrinin hüquq şöbələrində təcrübə keçmək imkanı əldə edəcəklər. VII Yay Təcrübə Proqramına sənədlərin təqdim edilməsi üçün qeydiyyat başlanmış və 31 may 2019-cu il tarixinə qədər davam edəcəkdir. Qeydiyyat ardıcıllığına əsasən hüquqşünas tələbələr iyun, iyul, avqust ayı ərzində bir aylıq təcrübədə olacaqlar. Təcrübə yeri və tarixi tələbələrlə qarşılıqlı şəkildə razılaşdırılmaya əsasən müəyyənləşdirilir. Tələbələr təcrübə keçəcəkləri yeri və vaxtı özləri qeydiyyat blankında bildirir, buna uyğun olaraq təcrübəyə göndərilirlər. Qeydiyyat AYNHA-nın ofisində aparılır. Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər aşağıdakılardır:


1. Şəxsiyyəti təsdiq edən sənədin surəti
2. Hüquqşünas tələbə olduğunu təsdiq edən sənədin surəti (tələbə bileti, dipom, arayış)
3. AYNHA-nın tərtib etdiyi CV formasını və qeydiyyat anketini doldurmaq
4. 30 AZN (sığorta, sertifikat və s. xərclər üçün)
5. Fotoşəkil ¾ ölçüdə rəngli (1 ədəd)

 

Ötən il keçirilən “VI Yay Təcrübə Proqramı”nda 86 hüquqşünas tələbə iştirak etmişdir. Onlardan 33 tələbə məhkəmələrdə və hüquq mühafizə orqanlarında, 53 tələbə isə müxtəlif dövlət və özəl təşkilatlarda təcrübə keçmişlər. Bu tələbələrdən 7 nəfəri təcrübədə olduğu müəsisə tərəfindən iş təklifi almışdır. Tələbələr: “Ali Məhkəmə”, “Prime.az” hüquq şirkəti, “Azərkosmos” ASC, “Azərcon” Şirkətlər Qrupu, “Ekvita” LLC, “MGB” Law Offices, “Veysəloğlu” Holdinq, “Amerika-Azərbaycan Ticarət Palatası”, “Business Service Center” şirkətlər qrupu, “Maliyyə Bazarlarına Nəzarət Palatası”, “Əmanətlərin Sığortalanması Fondu”, “Azərsu” ASC, “Azərbaycan Dövlət Neft Fondu”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Atəşgah” sığorta şirkəti, “AzSığorta”, “Meqa Sığorta”, “Azər Türk Bank” ASC, “Bank of Baku” ASC, “Ziraat” bank, “Günay” bank, “Milli Hüquq Evi”, “Azem & Partners” hüquq şirkəti və s. kimi təşkilatlarda, həmçinin, Bakı şəhər və region məhkəmələrində bir aylıq təcrübə keçmişlər.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi tərəfindən həyata keçirilən VII Yay Təcrübə Proqramının əsas məqsədi hüquqşünas tələbələrin bilik və bacarıqlarının inkişafı, praktiki yollarla onlara peşəkar mütəxəssis olmaları üçün yaxından köməklik göstərməkdir.

 

 

Ünvan: Bakı ş, İstiqlaliyyət pr-57, Bakı AZ1001,
Tel: (99 412) 497 56 65, 051-589-10-13
E-mail: office.aynha@gmail.com

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )